Page 271 - "Yeni söz"
P. 271
ömürlük

Ən yüksək zirvələri fəth etdikcə görürsən ki,
Hələ də özündən aşağıdasan,
Hələ də özündən geri qalırsan,
Hələ çatmamısan özün özünə.

Bir ölümlük uzaqdasan zirvəyə,
Bir ölümlük geridəsən özündən,
Bir ölümlük uduzursan zamana...
Bir ölümlük,
Bir ömürlük, yəni ki...

*** Ulucay Akif. Şeirlər
Bax, sevgilim,
Yeni günəşin rəngi sezilir üfüqdəki buludlardan.
Yeni günəşə hazırlaşır yeni səhərimiz,
Yetim qalmış ölkəmiz, yetim şəhərimiz.
Sən də ümidlərini geyin ruhuna,
Gülümsə. Günəşli günlərin xətrinə, gülümsə.
Bax, yumurtadan cücə çıxırmış kimi,
Yeni şəhər çıxır bu şəhərin uçqunları altından.
Bəlkə, görə bildik, bəlkə, görmədik
Bəlkə, isitmədi bizi o günəş,
Amma kim deyir ki, kərpic hörmədik
Həmin şəhər üçün, həmin günəşçün.
Qalx daha, sevgilim, qalxmaq vaxtıdı.
Daha dizlərimiz qanamayacaq.
Qalx, bizdən sonrakı nəsillər üçün,
Savaş olmayacaq, qan olmayacaq.
İnan, qəbrimizə qonan quşlar da,
Susuz qalmayacaq, ac olmayacaq.

271
   266   267   268   269   270   271   272   273   274   275   276