Page 266 - "Yeni söz"
P. 266
nc yazarların ədəbiyyat almanaxı

getmə qış çıxmamış
qış çıxmamış getmə...

sən bilmirsən
indi mən, Allahdan nə üçün yox
kimin üçün yaradıldığımı soruşuram.
bir az da səbrin olsun,
məni ömrümün sonuna ötür,
sonra get.

sən bilmirsən
indi mən, adamlarçün yox
əşyalarçün darıxıram.
bir az da səbrin olsun,
qəbrim üstdən yaylığını götür,
sonra get.

daha mən gələcəkdən yox
keçmişdən nigaranam,
bir də gördün, heç kəs yadına düşmür.
indi sənə qal deməyim
səninlə bütün keçmişlərdə
yanaşı görünmək istəyimdi.
arzular da canavar kimidi... əhliləşmir!

səndən sonuncu istəyim:
məni xatırlasan,
kimsəsiz, boş qalmış
otaq kimi xatırla.

266
   261   262   263   264   265   266   267   268   269   270   271