Page 261 - "Yeni söz"
P. 261
nimtək alın yazısını silmiş ömürsüzlərdən. Seymur Su. Şeirlər
O adam ki,
tək arzusu böyüdükcə böyümək...
Sən isə güldanla torpağa düşmüş
nərgizgülütək
qəfəsini qırmadan qarşımdasan...

Qağayılar günəşə gedən yolu bilir
nə qədər ağappaq səmaya ləkə olsa da...
Azadlığımıza bir quş səsi qədər
müstəmləkə olsa da...
Onlara çatdır ki,
qatarlar niyə keçmir əvvəlkitək
aramızdan?
Şəfəqlərdən neçə gülüşlük,
neçə baxışlıq uzaqdadı azadistan?
Bütün sözlərini qus.
qağayılar toplasın, balıqlara səpələsin.
Səssizliyim yuxulu göz qapaqlarını bələsin.
Sonra evdə yadından çıxmasın ha,

divarlarındakı kərpic kimi
qocalmış kəfgirli saatları pus.
ya da sus, laxlayana kimi.
Bu ağırlıqda yükü saxlayana kimi
çiynində.
balıqlar kimi sus
suyun dadını bilənədək.
Seçimlərini tələsdir
ta ki mübarizə tilovuyla üzləşənədək...
onsuz da nə qalıb ki?
Amma öz aramızdı
maraqlıydı
dalğaların sənə hecaladığı etiraf:
– dəniz gözləmirdi onu
o gələcək həftəsonu...

261
   256   257   258   259   260   261   262   263   264   265   266