Page 257 - "Yeni söz"
P. 257
timentyabr`ın 31-i Seymur Su. Şeirlər

Mətbəxdə yox yemək ətri, çaydanımda çay.
Bircə dəfə, mənim kimi təkliyini say...
Əllərimdə yoxdu əlin, gözümdə gözün.
Bir az üşü, gəlim geri, bir az gülümsün...

Payız gəlib, indi dedi, bunu yağışlar.
Yuyunduqca selə döndü eniş-yoxuşlar.
Udqunmadan söz içməkdi qızınmaq indi.
Şimşək çaxır, kor pişiyə qısıl, bax indi.

Bax, susuram, sözlər indi mücrülərdədi...
Dodaqlarım atəşkəsin qanlı sərhədi...
Kilidimə yox açarım, qapıma qıfıl.
Arzum budur, mənim təki cəzalandırıl.

Sənsiz yazılmış ən gözəl şeirlər zibil.
Bircə dəfə uzaqda öl, yanımda diril...
Qaranlığa işıq hopdu, itkin düşdü ay...
Bir çay dəmlə, mənim kimi təkliyini say...

Alın yazısı əməliyyatı

Diqqətlə, lap diqqətlə bax ürəyimə.
orda qara nöqtələr var, cərrah bəy.
Bıçağı sal, oy onları,
sonra bir qulağıkəsik itin
qarşısına qoy onları.
Dərhal ölər gözüaçıq halda.
Bıçağı sal, oy onları,
məni udan “Böyük Qara Dəliy”ə dönmədən...

257
   252   253   254   255   256   257   258   259   260   261   262