Page 258 - "Yeni söz"
P. 258
nc yazarların ədəbiyyat almanaxı

Adsız əlaqələrin şeiri

Sevgi səhradırsa, sən
hardasan, zəmzəm suyu?
Gəl ki, bu susuzluğu
gəzdirdim illər boyu..

Mən kiçik toz dənəsi
gözlərinə küləklə
qoynumu gətirmişəm..
...kirpiyini ələklə!..

Bizdə alınmayacaq –
mən daş heykəl, sən insan.
Söylə, yaşayarsanmı
bu heykəltək tanınsan?

Çox çətindi dəyişib,
keçmişini boşamaq..
Silib, boşluq içində
qırx-əlli il yaşamaq.

Səni həsrət yoluma
toxuyuram həvəslə...
Sənsə uzaqda dayan,
baramaqurdu bəslə..

Dəniz, mən və sən..

Gecə saat 23:49
Dəniz..
Günəşin parçalanmış üzünü
gizlətdi şəfəqlərin arxasında dənizin mavi suları..
Bir supərisitək doğuldu,

258
   253   254   255   256   257   258   259   260   261   262   263