Page 255 - "Yeni söz"
P. 255
xtsiz gəlincik Sevinc Elsevər. Şeirlər

ərköyün uşaqlığımda
qollarını qopardığım
gözlərini çıxardığım
saçlarından yapışıb
yerlə sürüdüyüm
çılpaq bədənini görmək marağıyla
paltarını cırıqlayıb tökdüyüm
bəxtsiz gəlinciyim
səninlə taleyim nə qədər bənzər indi
ərköyün bir kişinin
qəddar əllərində
nə qədər mütidir bədənim
qırılmış qolunun sızıltısını
hiss edərcəsinə yazıq...

255
   250   251   252   253   254   255   256   257   258   259   260