Page 252 - "Yeni söz"
P. 252
nc yazarların ədəbiyyat almanaxı

***
avtobusda bir kişinin başı üstündə
ayaq üstə dayanan qadın:
“qarnım hələ balacadı
ondan bilmədi, bəlkə
hamilə olduğumu...”

başı üstündə ayaq üstə qadın dayanan kişi:
“iki dayanacaq o yanda
düşəcəm
görəcək oturacağın altından
qoltuqağacı çıxardığımı...”

***
tələyə düşən siçanla
cizgi filmindəki pişikdən də
amansız davranan
atasına
dörd gözlə
ağzıayrıq baxan uşaq
ağzından çənəsinə
çənəsindən sinəsinə axan
bir damcı sudan diksindi...

252
   247   248   249   250   251   252   253   254   255   256   257