Page 247 - "Yeni söz"
P. 247
Ruslan Dost Əli. Şeirlər
Durum, öpüm, qucaqlayım,
bağrıma basım özümü...
Havam çatmır, bir kəndir hör,
havadan asım özümü...
Nə var ki bu yer üzündə,
nə var göyün üzündədi...
Allahla aramızdakı
divar... göyün özündədi.
Onsuz da bu dünya beş-üç
günlükdür deyə, gedirəm.
deyirlər, torpağın altı
tünlükdü, göyə gedirəm...
...Anam, bu şeirə adımı,
icazə versən, verərəm...
Dur, gətir dualarını,
Allahı görsəm, verərəm...

***
Hava qaralmamış qaralan bulud,
yaxşı hiss eləyir su yoxluğunu;
Görür ki, dünyanın ürəyi yanır,
istəyir yatırsın susuzluğunu...
Bəlkə, yaşam verir, bəlkə, can verir,
hər damcı torpağın bir giləsinə...
Buludlar ağaca bənzəməsə də,
damcılar bənzəyir nar dənəsinə...
Fikir ver, torpağın rəngi dəyişir,
göylərdən tökülən sirr... nə gözəldi!..
Sakitcə yağışın səsini dinlə,
Allahın bəstəsi... gör nə gözəldi!..
Yolüstü kimisə qonaq aparır,

247
   242   243   244   245   246   247   248   249   250   251   252