Page 246 - "Yeni söz"
P. 246
nc yazarların ədəbiyyat almanaxı

***
Bu payız vaxtın eşqinə,
qaşqabağınla yer süpür,
alnını qırışdır, getsin...
O buz otaqda az üşü,
göndərdiyim məktubları
yığ, topla, alışdır, getsin...
Divardakı mən deyiləm,
şəkildi də, kin saxlama,
bir söz de, danışdır, getsin...
Yenə səksəndim, ay dəli,
belə qəfildən yadıma
düşməyi... yığışdır, getsin...

***
Qoy olsun dünənkitək,
məni bu gün də görmə...
Yuxuma da gəlmə heç,
məni bu gündə görmə...
...Gözümüzü açmayaq,
gözümüzdən düşərik...
Güzgüyə də baxma heç,
qorxuram, görüşərik..!
...Bir qara kölgəsi var,
çəkildəndi əllərim...
Divardan şəklin düşmür,
şəkildən də əllərim...
...Dörd divardı, bir də mən,
nə mey qalıb, nə badə...
birdən yenə...
yadıma düşərsən ha,
nəbadə..!

246
   241   242   243   244   245   246   247   248   249   250   251