Page 241 - "Yeni söz"
P. 241
Hara gedəcəyik? – Burdan uzağa. Rəbiqə. Şeirlər
– Orda məktəb varmı? – Əlbəttə ki, var.
– Bəs təzə evimiz, orda qalmayaq?
– Bizsiz də o evdə qalan tapılar.

Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.

Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.

Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.

Zümrüd quşuna

Ətcə balalarını yerindən,
əjdahanı yemindən etmişdim, Zümrüd quşu.
Yuvanı tapmamışdım –
ovcumda saxlamışdım balalarını...

Körpə bədənlərindəki xəfif qızartı –
sığal yeri keçəcək,
Ana qucağında ağrıdan yox, sevgidən ağlayırlar,
səsləri kiriyəcək...

241
   236   237   238   239   240   241   242   243   244   245   246