Page 239 - "Yeni söz"
P. 239
ıqçı üçün nəğmə Rəbiqə. Şeirlər

Səni tora salıblar, balıqçı...
balıqların başqa çaylara üzüb,
başqa süfrələrdə çörək olub,
başqa əllərlə yeyilib...
Mənim sözlərim bitib,
mənədək hər şey deyilib,
alqışlanıb,
daşlanıb...
Sənin torun,
mənim əllərim boş qalıb...

Səsimi çoxdan alıblar, balıqçı...
Səni tanımırdım onda.
Bağışla,
bağışladıqlarımı,
yaşadıqlarımı,
yaşamadıqlarını...

Qarını tanımıram,
bilirəm, onunçün
çörək gətirən ayaqsan,
hər gün gələn,
bir qismət yemək yeyən,
bir fincan çay içən qonaqsan...
Sonuncu dayaqsan,
sonuncu dayanacaqdır sənə, bilirəm –
hara getsən, ona dönəcəksən
balıqlı-balıqsız...

Evimi tanımırsan, deyim –
daş parçasıdır,

239
   234   235   236   237   238   239   240   241   242   243   244