Page 234 - "Yeni söz"
P. 234
nc yazarların ədəbiyyat almanaxı

Bir ana sığalı üçün…

Dediyin hər kəlmə, dediyin hər söz,
Qəlbimdə ləl-gövhər, incidir, ana!
Səni sağ tərəfdən vuran o iflic,
Məni sol tərəfdən incidir, ana...

Biz bütöv bir canıq, sən sağ, mən də sol,
Yenə səninləyəm, getsəm hayana.
Səssizcə uzanmaq sənə yaraşmır,
Aç yorğun gözünü, məni duy, ana!

Kövrək əllərinin sığalı üçün,
Bu başı çiynimdə daşıyıram mən.
Demə ki, balamın balaları var,
Sənin xatirinə yaşayıram mən.

Yenə əvvəlki tək dur ayaq üstə,
Qoymayaq sevinsin bu zalım iflic.
Yanağım arxaçdı göz yaşlarıma,
Ana da balasın ağladarmı heç?!

Dur, qurbanın olum, qucaqla məni,
Yenə sıx köksünə ağsaç balanı.
Ömür karvanına ömür gərəksə,
Qurbandır ömrümün yerdə qalanı.

234
   229   230   231   232   233   234   235   236   237   238   239