Page 233 - "Yeni söz"
P. 233
n yoxsan… Ramil Mərzili. Şeirlər

Sənindəmi solub çöhrən, bənizin?
Bu eşq ölsə, qoyma qala əl izin.
Bu günümün fotosudu, əzizim,
Həsrət də var, kədər də var, sən yoxsan.

Mənnən qoşa bu möhnəti daşıyan,
Qəmi alıb, sevincini boşayan,
Ürəyimin özəyində yaşayan,
Nisgil də var, dözüm də var, sən yoxsan.

Taleyimi qamçılayır kor düyün,
Yaşamıram, gün üstünə gəlir gün.
Saatların nə önəmi mənimçün,
Gündüz də var, gecə də var, sən yoxsan.

Yaddaşımdan itir adım, soyadım,
Ağrı qoymur nə dincəlim, nə yatım.
Üç bir yana bölünübdür həyatım,
Yaşam da var, ölüm də var, sən yoxsan...

233
   228   229   230   231   232   233   234   235   236   237   238