Page 235 - "Yeni söz"
P. 235
şəhər yetimdi… Ramil Mərzili. Şeirlər
Sən elə bilirsən yaşamaq asan,
Ölməksə nə qədər çətindi sənsiz.
Hardan biləsən ki, sənin yoxluğun,
Mənim varlığıma xətmdi sənsiz.
Qulağım apardı, çatdım səsinə,
Sükut layla dedi, yatdım səsinə.
Elə həsrətəm ki, addım səsinə,
Hər günüm ölümdü, itimdi sənsiz.
Ha düzdüm, yerinə oturmur daşlar,
Günüm sənlə bitər, səninlə başlar.
Küçələr, meydanlar, ağaclar, quşlar,
Bu şəhər özü də yetimdi sənsiz.
235
Sən elə bilirsən yaşamaq asan,
Ölməksə nə qədər çətindi sənsiz.
Hardan biləsən ki, sənin yoxluğun,
Mənim varlığıma xətmdi sənsiz.
Qulağım apardı, çatdım səsinə,
Sükut layla dedi, yatdım səsinə.
Elə həsrətəm ki, addım səsinə,
Hər günüm ölümdü, itimdi sənsiz.
Ha düzdüm, yerinə oturmur daşlar,
Günüm sənlə bitər, səninlə başlar.
Küçələr, meydanlar, ağaclar, quşlar,
Bu şəhər özü də yetimdi sənsiz.
235