Page 237 - "Yeni söz"
P. 237
yalı özündən böyük adamlar Ramil Mərzili. Şeirlər

Bir gecəlik qonağımdı, qalacaq,
Mənlə birgə xəyallara dalacaq.
Ayılacam, yenə də yox olacaq,
Oyatmayın, şirindi bu yuxular.
Öz-özümə düşmənəm mən axşamlar,
Göz yaşlarım gizli qəlbimə damlar.
Xəyalı özündən böyük adamlar,
Büdrəyəndə öz içindən yıxılar.
Son ümidə kimi soya da səni,
Danışa, dinləyə, duya da səni.
Onun toxunuşu oyada səni,
Bir andaca qəm-kədərin yox olar.
Öz yeri var hər ağrının, acının,
Adı “Sən”miş bu dərdin əlacının.
Əllərimdən ətri gəldi saçının,
Ovcumdamı gizlənibmiş qoxular?!

237
   232   233   234   235   236   237   238   239   240   241   242