Page 242 - "Yeni söz"
P. 242
nc yazarların ədəbiyyat almanaxı
İstəsən, bir də dolaşmaram yaşıl ağacların altında,
əjdahanı görəndə yüz ağaclığından keçərəm,
köçərəm quşların olmadığı yerlərə –
yəni kor ola bilərəm göy üzünə.
İstəmə...
Sən yenə qanadın üstündə qaranlıqdan çıxdığımı xatırla,
işığa dönmüşdün tükdən asılı günlərimdə,
“qu” deyəndə “qurban olum”,
“qa” deyəndə “qadan alım” söyləmişdim...
İndi alovlu ahlarını tökmə üstümə, Zümrüd quşu,
qəzəbli lələklərini lənəttək yağdırma başıma,
şimşək gözlərində sevməyə nəsə saxla
nəsə...
Tozağacıları
Yalnız onlar mənə səndən hündür göründülər,
sən olmayanda təkcə onlar vardı.
Cavandılar,
yaxındılar,
amma uzaqdan baxırdılar...
Sən olmayanda onlara da toxunmadım...
Təkcə baxıb kök ötürdüm
tozğacılarına
Məni qısqanma...
242