Page 231 - "Yeni söz"
P. 231
avarlar Qarabağda qaldı, Ramil Əhməd. Şeirlər
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan.
Sözlü qızlar sevgilərini qaçaqaçda
salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş çocuqlarının atasıydı...
Hər evə böyüdülmüş bir əsgər şəkli qaldı və qızlar bu şəkillərə
baxıb doğdular...
Bu şəkil çocuqlar öz atalarının ögey balalarıydı...

Nə qonşulardan bir həyan vardı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan dul Sürəyya
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər, qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam deyirdi:
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”...

Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...

Sürəyya deyirdi:
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı –
qızcığaz saymağı bacarmırdı…

231
   226   227   228   229   230   231   232   233   234   235   236