Page 227 - "Yeni söz"
P. 227
amorfoz Ramil Əhməd. Şeirlər

Dayanar yol kənarında
hər gün bir uşaq.
Hər gün bir uşaq
dayanar yol kənarında.
Çəkər yolların tozunu kirpiklərinə,
soruşar atasını hamıdan.
Bilməyənlər “görmədim” deyər,
Bilənlər başını tumarlayıb keçər...

Atasının ayaqqabısını
geyinib qaçan uşaq
maşınları da ötüb keçəcəyini düşünər...
Bağlaya bilmədiyi ayaqqabının ipləri
dolaşar ayaqlarına –
yıxılar üzüüstə,
yıxılar atasızlığa.

Hərif hər gün ataya məktub yazar
hərfsiz bir əlifbada.
Tanrıdan, bir də mələklərdən başqa,
kimsə bilməz bu əlifbanı.
Tək qalınca,
çəkilib bir küncə
göndərər bütün parabüzənləri
atasının dalınca:
“Uç, uç, qarı nənə, mənə atamı gətir”.

Bir daşın üstünə çıxıb
əllərini yuxarıya uzadan uşaq
Allaha toxunacağını düşünər.
Qalxar hündürə, laaap hündürə –

227
   222   223   224   225   226   227   228   229   230   231   232