Page 225 - "Yeni söz"
P. 225
Bu arada gecə bitir, Nilufər Şıxlı. Şeirlər
Kölgələr də çəkilir...
Al şəfəqlər yavaş-yavaş
Yer üzünə səpilir...

Səma elə aydınlaşır –
Kitab kimi oxunur...
Yaradanın hökmünə bax,
Sabahların şərəfinə
Sözdən şeir toxunur!

***
Ay ürəyim, nədir yenə
Bu hüznlər, bu qəmlər?
Hər şey keçdi, hədər oldu…
Geri dönməz gedənlər!
Duyğuların dəniz idi…
Nə umurdun sevgidən!
Gəl unudaq, davam edək
Yaşamağa yenidən.
Geridə qoy olanları,
Coşsun gənclik həvəsi!
Unutma ki, dəli kimi
Sevmək olmaz heç kəsi!

225
   220   221   222   223   224   225   226   227   228   229   230