Page 221 - "Yeni söz"
P. 221
gi şeir olsaydı... Nilufər Şıxlı. Şeirlər

Sevgi nəğmə olsaydı,
Hər sətir sən olardın.
Qopub dodaqlarımdan
Ürəyimə dolardın.

Sevgi külək olsaydı,
Mən də qanad taxardım.
Uçaraq xəyallara
Gözlərinə baxardım.

Sevgi həyat olsaydı,
Yaşayardım ürəkdən.
Qovuşardıq ömürlük
Torpaq, Günəş, sən və mən!

Sevgi dəniz olsaydı,
Sahilində azardım.
Sevgi şeir olsaydı,
Sənə şeir yazardım!

Pianonu ağladır
həzin nəğmə bayaqdan...

Bu, mənəmmi ağlayan,
Həzin nəğmə səsimi?
Yanağımı oxşayan
Yağışın busəsimi?

...Göy üzündə gözlərim
Ümid axtarır yenə...

221
   216   217   218   219   220   221   222   223   224   225   226