Page 216 - "Yeni söz"
P. 216
nc yazarların ədəbiyyat almanaxı

“Dünya” görüş yeridir, dünya isə – “haçansa biz
biləcəyik ki, bir-birimizi əzbər bilirdik”.
Bu qədər yetər.

6.
Larisa Dabijaya

Fincan düşmür ki, yerə paralasın ikiyə
özü ilə özü arasındakı sükutu. Zaman keçdikcə fərqli biçimlər
alan bir dəlinin hekayəti oxunur, sonra
hərəkət edir eyvan quşunun gərəksiz ürküsü.
Aşağıdakı ağaclar da can atır başqa adlara – yağış yağır (üç həftədən
və dənizdən sonra sənin ismindəki vurğulu saitin
uzanmasıtək. Beləcə tumarlayarlar uzaqdan-uzağa
hallandırıb hallanaraq.) və yağış gecəyəcən yağmaq fikrindədir.
Deməli, çay içmək, yandırmaq siqareti, gülün gülən
külünü və ölü arı qanadlarındakı qonur günəşi
xatırlamaq. Fincan yerə düşməməyə davam edir.
Sənə baxmaq
sən baxarkən qarlı dağ zirvəsinə
öz Daşkənd əksinin içindən.
Çevrilmə. Dayanış.

12.
Nəm torpaq qoxusu.
Oktyabr ən öncə
biləklərin dərisində,
dirsəklərin bükümündədir.
Quş süzür qəsəbə üstündə.
Uzaqdakı səslər: qadın, kişi, qadın.
Tut mürəbbəsinin dadı...
və türk bakirələrinin açıq-şabalıdı, tünd-şabalıdı
azacıq enli düz qaşlarının aramsızlığı.

216
   211   212   213   214   215   216   217   218   219   220   221