Page 217 - "Yeni söz"
P. 217
Nicat Məmmədov. Şeirlər
Beləcə, dəyişilməzdir başlanğıc:
tuşlanıb kölgəyə,
səmaya qalxan
alçaquçuşlu may quşlarına.
Onların çəpinə sıçrayışı gözəldir,
onları yerindən uçurdan göz və əldir.
“Səni xatırlayanda
barmaqlar dodaqlara,
ovuclar çökəklərə uzanır. Anlayarammı, alarammı – fərq etməz,
hər şey sivişib əldən çıxır”.
Zaman nəyi əvəzləyir? –
çevirir? yox, qaytarır
“mən”i “o”ya.
Ot bitir çatlardan, haçalanır cavablar
və yaz sərinliyində
öləziyir lal yarımada, maqrittvari surət.

14.
Həmişə başqa mənada. Apokatastasis
[mətndə aram]. Bənzətmələr gecikir, hərçənd
poeziya davam edir poeziyanı, Mövlanənin oğulları
toxumlartək sənin badamı gözlərinin
qapağı altına səpilmiş
Şəmsin yuxularını davam edən kimi.
İrəli bax ki, eşidə biləsən:
Fəqirlərin övladı, Səs ver Səsimə, dur və get!
Fəqət “əli qəssab bıcaqlı xalqım
nə deyər”?
(O, bütövlüklə bircə ifadənin içinə sığışdı.)
Dünya yozulub. Yollar pozulub.
Başqa sözlə: içdə
səhra, çöldə səhra.
Gəl mənə bənd ol.

217
   212   213   214   215   216   217   218   219   220   221   222