Page 219 - "Yeni söz"
P. 219
............................................................................. Nicat Məmmədov. Şeirlər
................................................................................
“Nəyə görə mən bu qədər güzgüyə baxıram?” –
birinci dəfədən sonra dedin sən, çılpaqkən, zillənərək öz əksinə.
Get ölülərdən soruş. Biz kandardayıq, onlar kənarda. Anlayırlar bizi
Günəş quyusunun dibindən.
..................................................................................
Lakin yazının tarixi hər şeyi şübhə altına qoyur, qaranlığı sübhə çevirir.
..................................................................................
Çoxlu yatıram, yuxular toxuyuram. Qalan vaxtı oxuyuram.

18.
Bununla belə, istənilən yerdən:
qar və
yuxusuzluq qoxusu.
Çaxır qədərincə kəmturş, sən –
qədərincə kəmşirindin.
İndi aramızda kül və toz,
dodaqlarımızda duz.
Düz atılır kirpiklərin,
açılır taybatay pəncərə,
uzadırsan birləşik ovuclarını
dua edərmiş kimi.
Ağır-ağır qar yağır, əriyir
barmaqlarındakı dolanbacda.

219
   214   215   216   217   218   219   220   221   222   223   224