Page 215 - "Yeni söz"
P. 215
Aramsızlıq I” silsiləsindən Nicat Məmmədov. Şeirlər

4.
Davam etməkçün “nədən başlamalı?”dan başlamaq
(bəlkə də, cümlədə uzlaşma pozulub).
Sonra üçündən biri 1. külək kimi külək

2. hara dönürsən, dön
3. ağac
İkincini seçmək. Axı hara dönürsən, dön, orada
“ol” olacaq – ağac, daş, eros və torpaq
qarışığından ibarət yumşaq qadın – onun sıx dodaqları
qızmar günortaçağı nərdtaxtaya atışdan bir an qabaq
sərt ovucdakı zərləri xatırladır.
“Böyük durğunluq və kiçik hasilat ucbatından
sıçrayış gözlənilməz görünür”, yaxud gəl özümüzü guya heç nə
olmamış kimi aparaq, amma qarışqa onun məninin
sığmadığı işarəni əks edən səhifəni kəsə keçir.
Səssizcə sürüşərək aramsızlığı qoruyub saxlamaq. Külək kimi külək.

5.
Qora bişirən ay. Yarpaqların
kölgəsiylə örtülmüş qoca, – sanki dərin sularda yaşayan
naməlum məxluq atılıb sahilə öz təngnəfəs –
zümzümə edir qızmar havaya ilişən sözləri:
tam ciddilik.
Meynələr uzanır göylərə, göylərdə
bir quş sol gicgahla bayat bulud
arasından sıçrayıb,
bir an sonra, qonşu evin damüstündə
tanıdır özünü gözlərə: şanapipik.
Zivədəki uşaq köynəklərinin
küləksizliyi, bacının
uzalı qalan əlində şaftalı.

215
   210   211   212   213   214   215   216   217   218   219   220