Page 251 - "Yeni söz"
P. 251
ilən uşaq Sevinc Elsevər. Şeirlər

hardansa tapıb əyninə keçirdiyi
köynəyinin üstündə
ingiliscə “sevilən uşaq “
kəlmələri yazılıb
avtobusa dilənmək üçün minən uşağın
bilmədiyi
yad dildə danışacaq
onunla dünya həmişə...

***
qadınının getdikcə özünü
sevməyindən qorxdu kişi
evdəki aynaların
sayını azaltdı
qadına sezdirmədən...

***
sırğalara düşkündü Güllü
bacısıyla deyil
hicablı qonşusuyla gedir həmişə
bijuteriya dükanına
bilir ki,
ancaq üzükləri seçəcək rəqibi...

251
   246   247   248   249   250   251   252   253   254   255   256