Page 267 - "Yeni söz"
P. 267
ndən sonuncu istəyim Şəhriyar Del Gerani. Şeirlər
məni xatırlasan
uzaqlarda qəzaya düşmüş
sərnişinsiz qatar kimi xatırla.

heç bilmirəm torpaq suyu içirsə
adamları neynir?

Darıxmağın adı
sən axı bilmirsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...
sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.
sən axı bilmirsən
əlim qurusun –
sənə açmadığım zəng zəhər olur...
günəş zəhər olur
gün zəhər olur,
yağış zəhər olur
yol zəhər olur,
bir qurtum araqla
bir siqaretlə
uzanır gecələr
taa... səhər olur...
sən axı bilmirsən
hardan biləsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...

267
   262   263   264   265   266   267   268   269   270   271   272