Page 272 - "Yeni söz"
P. 272
nc yazarların ədəbiyyat almanaxı

Kimsəsiz adamlar

Kimsəsiz uşaqlar da böyüyüb
çevriləcək kimsəsiz adamlara.
Necə ki hamımız böyüyüb
Çevrilirik kimsəsiz uşaqlara.
Ən yaxın dostlar əriyib getdikcə
Həyatın içində,
Ən böyük sevgilərdən geriyə
sadəcə xatirələr qaldıqca,
Boylanırıq geridə qalan uzaqlara.
Hamımız böyüyüb
çevrilirik kimsəsiz uşaqlara.

Şəhid analarına ithaf edilir

Bir güllə dənizə,
bir güllə buluda,
bir güllə də günəşə atın,
əgər gücünüz çatırsa onları da öldürün.
İnsanları öldürməyə nə var ki?
Qaz sobasında çaydan cızıldayır,
“Cəbhə xəttində atəşkəs yenə pozulub,
Atışma nəticəsində bir əsgərimiz şəhid olub,
Allah rəhmət eləsin” deyir xəbərçi qız.
Anam qulağını dartıb
əli ilə taxtanı tıqqıldadır,

272
   267   268   269   270   271   272   273   274   275   276   277