Page 273 - "Yeni söz"
P. 273
nə baxıb əllərini göyə qaldırır. Ulucay Akif. Şeirlər
Qaz sobasında çaydan cızıldayır,
Hövsələsi çatmayanlar kanalı çevirir.
Başqa evdə isə bir şəhid anası
Həmin o çaydanı devirir.
Elə bil çaydana da güllə dəyir.
Qapağı bir tərəfdə, suyu döşəmədə.
Ayaqları yox, ürəyi yanır ananın.
Su buxarlanır,
Çaydan cızıldayır.

Unudulmuş qəbirlər

Unudulmuş qəbirlərə bax hərdən,
Axır-əvvəl səni də bu gözləyir.
Barışmaqdan başqa, nə gəlir əldən,
Axır-əvvəl məni də bu gözləyir.

Əyiləcək nə zamansa başdaşın,
Ot basacaq məzarını, gorunu.
Ya nazir ol, ya istəsən, daş daşı,
Dünya qəbirləri yaxşı qorumur.

273
   268   269   270   271   272   273   274   275   276   277   278