Page 283 - "Yeni söz"
P. 283
rar xəyallarımla gerçəkliyin bir-birini tanımadığı, Vüsalə Süleyman. Şeirlər
Varlıqla yoxluğun düşmən olduğu uzaqlara...
Orda unudulanlar unudanları gözlər.
Mən küləkdən qorxuram,
həm də çox qorxuram,
Çox, lap çox...

Yazıram...

Dərd yazıram, qəm yazıram,
Qələmimdə nəm, yazıram..
Ağla qara, xeyirlə şər,
Yerlə göyü cəm yazıram.
Burda kimin əli olub?
Göz yaşım dağ seli olub.
Məhəbbətdən “dəli” olub,
Getdi bəxtikəm, yazıram.
Ölümü tez dada bilsəm,
Qəhər gəlir, uda bilsəm..
Ruhumla vidalaşıram,
İçimdə sitəm, yazıram..

283
   278   279   280   281   282   283   284   285   286   287   288