Page 290 - "Yeni söz"
P. 290
nc yazarların ədəbiyyat almanaxı

Sonra hər şey bitdi, adamlar yoxa çıxdı. Biz avtobusla Bakıya qayıdırdıq. Kənddən
çıxanda həyətimizdəki it arxamızca düşdü. Onu başımızdan eləyə bilmirdik. İt sakit,
yavaş addımlarla arxamızca gəlirdi. Avtobusa minəndə geri dönüb baxdım: köpək çala-
çuxurlu yolun ortasında dayanıb sakitcə bizə baxırdı. Oradan uzaqlaşanda arxadan
görünən dağlar, kənd evləri, səslər yoxa çıxdı... Bircə itimizin aramsız hürüşü dalımızca
düşmüşdü...

Qarşıdan üstümüzə yol gəlirdi. Soyuğun üstünə şığıyan avtobus yolu yarılamışdı.
Ağacsız, evsiz yerlərdən keçirdik. İçəridəki adamlar mürgü döyürdülər.

İçərini xorultu basmışdı. İrəlidə oturan bir yöndəmsiz qadın, deyəsən, xoruldayan-
lara başçılıq edirdi. Əvvəl onun qulağı dələn xorultusu başlayır, sonra da digər yuxula-
yanlar davamını gətirirdilər. İçəridə yatmayan təkcə mən idim. Hamı heç oyanmayacaq
kimi gözlərini yummuşdu. Sürücü çönüb arxaya baxdı, adamların ölü kimi yatdığını
görüb başını tərpətdi. Sonra öz həndəvərində eşələndi. Bir azdan saz havası qopdu.
Xorultuyla saz havası bir-birinə qarışdı. Nədənsə, kefim duruldu. Yola baxdım, qarlı-
tarlı havanın içində sitildəyə-sitildəyə qalmış bir at gözümə sataşdı. Onun birdən-birə,
bu fəlakət gündə qəfil görünüb yox olmasına çaş-baş qaldım. Avtobus gedirdi. İrəlidən
üstümüzə şığıyan yol bitmək bilmirdi... Kənddə olanda həmişə örüşdən qayıdan
inəklərə baxırdım. Çox vaxt qaş qaralanda yola çıxıb darıxa-darıxa gözləyirdim. Əvvəlcə
qaranlıq addım-addım göyün üzünə yaxınlaşır, sonra əl-ayaq çəkilirdi. İtlərin hürüşü
kəndin üstündən şütüyüb qaranlığın içi ilə gözəgörünməz at kimi çapıb gedirdi. Bu vaxt
üzlərindən yorğunluq və kədər yağan inəklər sakit-sakit, bir ipin üstündə hərəkət
edirmiş kimi sırayla gözümüzün qabağından keçib irəlidəki qaranlıqda görünməz olur-
dular. Toranlıqda onların yorğun ayaq səsləri və naxırçının hənirtisi gəlirdi. İtlərin hürüşü
də ara vermədən kənd evlərinin arasından sıyrılıb çıxır, adamı qorxuya salırdı. Elə
bilirdim, indi hansısa qara bir köpək gecənin içindən güllə kimi üstümə şığıyacaq...

İtlərin uzaqdan mırıltısını eşidən kimi dabana tüpürürdüm. Nənəm həmişə
qorxaqlığımı lağa qoyur: “Yekə kişisən, itdən də qorxarlar?!” – deyir, sonra məsləhətə
keçirdi: “İt hər şeyi başa düşür. Onu görəndə qorxma. Əyil aşağı, guya daş götürürsən.”
Ancaq itlərlə qarşılaşanda nənəmin sözləri huşumdan çıxırdı. Həm də gözlərində
məsumluq daşıyan bu iriqulaqlı heyvanlara qıya bilmirdim. Mən itləri çox sevirdim,
onlarsa mənə hürürdülər...

Üstümüzə yol gəlirdi. Xorultuyla saz havası, avtobusun çala-çuxura düşməsi,
pəncərədən görünən tək-tük adamların dodaq tərpənişləri...

Nənəmin yasında itlər susmuşdu. Bizim həyətin iti də bir tərəfə qısılıb adamları
izləyirdi. Ayrı vaxt olsa, onun səsindən durmaq olmazdı. Heç cür adamların üzündəki

290
   285   286   287   288   289   290   291   292   293   294   295