Page 302 - "Yeni söz"
P. 302
nc yazarların ədəbiyyat almanaxı

“İçərişəhər” metrosundan çıxıb düşdülər üzüaşağı. Bir dəstə uşaq çıxdı qabaq-
larına. İbrahim müəllim şagirdlərini xatırladı. Darıxdı şagirdləri üçün. Elə bil bu şəhəri
arzulayan, kənddə ürəyi sıxılan adam deyildi. Yəqin, şagirdləri də onun üçün darıxırdılar.
Hə, bilirdi, darıxırdılar, mütləq darıxırdılar. Kəndə qayıdan kimi, sinfə girən kimi yenə
soruşacaqdı: kim deyər, Romanın paytaxtı haradır? Uşaqlar da bir ağızdan, lap qışqıra-
qışqıra, lap sevincək deyəcəkdilər ki, müəllim, ay müəllim, Roma özü paytaxtdır də,
İtaliyanın paytaxtıdır Roma.

Gəzib-gəzib lap əldən düşmüşdülər. İçərişəhərdən üzü dənizə çıxanda İbrahim
müəllimin burnuna dönər iyi gəldi. Səhər başına çəkdiyi bir butulka su içini-içalatını
tamam yuyub aparmışdı. İbrahim müəllim elə bil burnundan qarmağa keçmişdi,
qarmağın başından onu beşcə addım o tərəfdəki restorana sarı çəkirdilər. Lap ağzı
sulandı. Başını qaldırıb dönər iyi gələn yerə, dönər iyi qalxan yerə baxdı. “İsgender
döneri” yazılmışdı orda.

– Nə qəşəng iy gəlir...
Bunu Məryəm dedi. Murad da ona qoşuldu. Sonra boylandı restorana sarı.
– Gəlin, sizə dönər alım...
Bunu da İbrahim dedi. Nərgiz bacı onun qoluna yüngülcə toxunub pıçıldadı:
– Bahalı yerə oxşayır...
– ...
– Girmə...
– ...
– Eşidirsən?
– Hə...
– Gedək...
– Uşaqlar acdı...
– Vağzalda peraşki satırlar. Şirniyyat da alarıq, su da alarıq.
– Gəl görüm...
– İbrahim...
– Dedim, gəl...
– Vallah, pencəyin pulu gedəcək...
– Cəhənnəm olsun pencək. Uşaqların gözü qalar...
İbrahim müəllim restoranın qapısını açıb şəstlə içəri girdi. Bir gözəl xanım, bir
yaraşıqlı oğlan onları gülərüzlə qarşıladı. Yer tutub əyləşdilər, menyunu bir-birinə
ötürdülər, guya nəsə seçdilər, nəyisə bəyənmədilər.
– İsgəndər?
– Həə...
Üstündə də adama bir yekə parç ayran dedilər.

302
   297   298   299   300   301   302   303   304   305   306   307