Page 340 - "Yeni söz"
P. 340
nc yazarların ədəbiyyat almanaxı

düşüb sındı... Səsindən bildi bunu... Pilləkəndə sındırdığı qabların qisası alındı ondan.
Fikir vermişdi, nədənsə xırda səhvlər tez cəzalandırılır, iri günahlarsa nə qədər ağır olsa
da, çox gec qarşılığını alır. Qəza... qədər... Bred onu zorlamaq istəməsəydi, Berta
qaçmasaydı, bəlkə, heç vaxt Stefanla qarşılaşmayacaqdı. Hər gün minlərlə insan
toqquşur yolla gedəndə, əşyaları düşüb sınanlar da nə qədər desən... Bunda qəribə
nə var ki?! Ancaq yox, qəribəlik vardı bunda. Qəribə burasıydı ki, yolda toqquşduğu
adam başqa birisi yox, onu evdən qovan xanımın yeganə, sevimli qardaşı Stefan idi. O
qədər də yaraşıqlı deyildi. Tünd-kürən saçları, iri qəhvəyi gözləri, buğdayı dərisi vardı,
bəstəboy, ortayaşlı bir kişiydi. Səyyah kimi şəhərdə ad çıxarmışdı. Dünyanın dörd bir
tərəfini, həm quru, həm də su yoluyla gəzib-dolaşmışdı. Gəncliyindən bəri ömrü yol-
larda keçmişdi. Qəribə deyilmi ki, 4 ildən bu yana bacısını görməyən Stefan məhz
madam Elza hirslənib Bertanı evdən qovduğu gün şəhərə qayıtmış, bacısı ilə görüşmək
üçün birinci onlara yollanmışdı. Yolda arabanı saxlatdırıb düşmüş, Temza sahilində
dayanıb doğma yerlərin seyrinə dalmaq, sonra da dəniz səyahə nin ardınca, torpaqda
addımlayıb ayaqları açılışsın deyə yaxşıca gəzişmək üçün bacısıgilin malikanəsinə piyada
yollanmışdı. Madam Elzagilin evinə çathaçatda isə o, indicə evdən qovulan,
malikanədən fikirli çıxan, ilahə Venera qədər gözəl bir qızla toqquşmuşdu.

Stefan Bertanın qulluqçu olduğunu biləndə duyğuları bir az ayazımışdı, ancaq son-
radan öyrənəndə ki, zadəgan ailəsindən çıxıb, tərəddüd etmədən ona evlənmə təklif
etmişdi. Bacısının sərt müqavimə nə, təhdidlərinə, lap axırda isə yalvarışlarına məhəl
qoymayıb, Bertadan “hə” cavabı aldıqdan sonra ailə qurmuşdu.

4.
Stefan Bertaya az qala bütün dünyanı gəzdirdi. Övladları oldu, uzun zaman şad-
xürrəm yaşadılar. Əri vəbadan öləndən bir müddət sonra Elza var-dövlə nin axırına
çıxdı, səfil hala düşdü. O biri qardaş-bacıları yaxın qoymadılar, o da məcbur olub Ste-
fanla Bertanın evinə sığındı.
Elza çox sevinirdi ki, Berta keçmişdə olanları unudub. Bertanın xoş rə arı Elzanı
utandırır, bir vaxtlar ona etdiklərinə görə çəkdiyi xəcalə , peşmançılığı günbəgün
ar rırdı.
Sərin bir yay axşamında Elza Bertanın kiçik oğlunu gəzməyə çıxarmışdı. Berta isə
neçə il əvvəl əmisinin əclaflığı üzündən i rdiyi, amma sonralar sevimli ərinin yüksək
rütbəli tanışlarının köməyiylə axtarıb tapdığı bacısı ilə həyətdə söhbətləşirdi. Elzanı
uzaqdan görüb etdiyi söhbətə dəxli olmayan sözlər deməyə başladı, həyətdəki bəzək
kollarının o tayındakı baldızının eşidəcəyi səslə:

340
   335   336   337   338   339   340   341   342   343   344   345