Page 344 - "Yeni söz"
P. 344
nc yazarların ədəbiyyat almanaxı
bilmişdi. Amma susuzluğa da dözümü yox idi. Yunundan balaca döşəkcə salınmışdı.
Həyətdə tut ağacının qalın budağında qurulan yelləncəyin oturacağına bu döşəkcəni
qoymuşdular. Uşaqlar yelləncəkdə yellənmək üstündə bir-biri ilə dalaşırdı, qoyunsa
davanın döşəkcə, yəni onun yununa görə olduğunu düşünür və sevinirdi. Əslində isə
hər kəs tərəfindən, ən çox da sevimli balaca dostları tərəfindən unudulmuşdu. Günlərin
birində həyətdə əkilən balaca tut ağacını böyük ot bilmiş və yarpaqlarını yemişdi. İlk
dəfə ağac əkən və bu ağacın böyüməsini həvəslə gözləyən balaca oğlan onu çubuqla
döymüşdü. Quzu olduğu vaxtlarda həmin balaca oğlan onu indi qoruduğu kiçik tut
ağacı kimi sevirdi. Bir gün isə quzu olduğu vaxtları xatırlayaraq evə girdi. Döşəmədə
ağzıaçıq qazanlar gördü. Görməklə kifayətlənməyib başını qaymaq dolu qazana saldı
və iş başında yaxalandı. Sonra daha bir zərbə. Yun çubuğu belində qırılır və nobatda
sıradan geri qaldığına görə çoban çomağının zərbəsinə öyrəşir. Bir gün həyətdə
uşaqlardan birinin ağlamağını eşidir. Bu balaca dərslərini, ev tapşırıqlarını həmişə
unudurdu. Buna görə məktəbdə uşaqlar onu qoyun deyə çağırıb gülüşmüşdülər. Balaca
isə ağlayır, “mən qoyun deyiləm, hər şeyi bilirəm” deyirdi. Atası ona “sən də mənim
quzumsan” deyəndə, çox xoşuna gəlirdi. İndi isə nə dəyişmişdi? Çox təəssüf ki, əbədi
olaraq şirin, balaca, hamının sevimli quzusu kimi qalmaq olmur, şirin quzu böyüyüb
ağılsız qoyuna çevrilir. Qoyun olduğuna görə utanır. Qoyun fikirləşir ki, axı nəyə görə
böyüyüb öküz, ya fil olmur? Axı nə üçün qoyunu ağılsız hesab edirlər? Bəlkə, səbəb
yazıq-yazıq mələməyindədir. At kimi kişnəsə, hamı onu müdrik sayar.
Nəhayət, qoyun bu həyət-bacanı tərk etməyi qərarlaşdırdı. Qapısı açıq qalmış
tövlədən qçıxıb-qaçdı. Bir neçə saatdan sonra yiyəsi bundan xəbər tutdu, Qoyununu
kiminsə oğurladığını düşündü. Kəndə hay saldı ki, kimsə onun qoyununu oğurlayıb:
“Bu qoyun, yer yarıldı içinə girmədi ki?! Yəqin, onu kimisə oğurlayıb. Özünün çıxıb
gedəcək halı yox idi”.
Həmin vaxt isə qoyun meşəyə üz tutmuşdu. Qoyun özü başına bir çarə tapacağına
əmin idi. Meşədə çoxlu yem olduğunu eşitmişdi. Amma qoyunların meşədə
yaşamadığını bilmirdi. Bəlkə, elə buna görə ona qoyun adını vermişdilər? Hər şeydən
bixəbər idi. Otların arası ilə sürünən uzun ilanla rastlaşdı. “Necə də sakit heyvandır.
Bizimkilər, yəqin, heç vaxt bunu görməyiblər. Görsələr, astagəlliyinə görə mənə yox,
ona qoyun deyərdilər”, – fikirləşdi. Meşədə ildırım sürəti ilə qaçan dovşan qarşısına
çıxdı. Qoyun çox sevindi. Ürəyində “mən də meşədə yaşasam, belə qaçacam, dovşan
kimi hamıdan güclü olacam” – dedi. Elə arxasınca baxırdı ki, qəfil ilan dovşanı çaldı və
o çapalayaraq yerə yıxıldı. Sanki heykəl oldu. Qoyun çox qorxdu. Kollara sığındı. Baxdı
ki, canavarlar gəlir. Düşündü, necə də mehribandırlar. Birlikdə gəzişirlər. Onun tövlə
344