Page 348 - "Yeni söz"
P. 348
nc yazarların ədəbiyyat almanaxı
bölüşmürdü. İşi çətin, ürəyi dolu olsa belə, ancaq susardı. İçində qocalıb əldən düşmüş
ürəyi, “hələ yaşa, zaman yetincə gedəcəksən”, – deyirdi. Həm də beyninə dolan ağır
sirr yükü ömrünün sonuna qədər yolyoldaşı olmalıydı onunla.
Zəhmətinin bəhrəsini görürüdü hələ də. Zadəganlar ölümlərindən öncə
mumiyalanmalarını ona sifariş edərdilər. Qızıla, gümüşə tutulan kahin bir xuruşa belə
toxunmazdı. Heç gözünün ucuyla da onlara baxmazdı. Gücü özünə çatardı. Ağzını daha
möhkəm düyünləyərdi.
Deyilənə görə, qədim misirlilər meyitin ürəyinə toxunmazdılar. Daha doğrusu, ürəyi
qipslə bərkidib yenidən sinədə yerləşdirərdilər. Ürək qipsə alışana qədər meyitləri
günəş altında qurudar, bədənin rütubətinin tamamilə yox olmasını gözləyərdilər. Sonra
isə ənənəvi işlər: on beş gün ərzində sarğı ilə meyiti sarımaq, balzamlamaq və ətirləmək.
Göz oyuqlarının yerinə qiymətli daşlar yerləşdirər, kişiləri qırmızı, qadınları isə sarı
rənglə boyayardılar. Vaxtilə dirilik rəngi sayılan və ölülərin üzünə çəkilən yaşıl boya
sonralar qızıl maskalarla əvəzlənmişdi. Onlar ölümdən sonra da yaşamın olmasına çox
inanardılar.
***
Uzaq keçmişdə Misir üzərinə bəla xəbəri gəlmişdi. Bu xəbər öncə saray keşişləri
arasında yayıldı. Gənc Tutanhamonun ölümünə heç kim inanmaq istəmirdi. Həm də
on doqquz yaşlı bir gənc birdən-birə niyə ölsün ki?
Ölkəni çaxnaşmaya salmamaqdan ötrü xəbər kütlədən gizlədilirdi. Hakimiyyət
uğrunda mübarizənin kəskinləşdiyi bir zamanda bunu söyləmək ölkənin müqəddəratını
sual altında qoymaq idi. Yalançı fərmanlar imzalanırdı, əmrlər verilirdi. Tutanhamonun
qiyafəsinə bürünmüş başqa bir insan Misir küçələrini kəcavə üzərində dolanırdı.
Hörmət əlaməti olaraq başını aşağı dikən xalq üçün əslində onun varlığı ilə yoxluğunun
elə bir önəmi yox idi. Çünki ali dərkə malik insanlardan fərqli olaraq sadə ömür sürən
qara camaat sürü həyatı yaşayırdı. Hətta taleyi belə başqa əllərdə olan bu insanların
düşünməyə də zamanları yox idi. Kotan sür, yer bellə...
Bu müddət ərzində fironun şərəfinə tikilən ehramda tamamlama işləri gedirdi.
Rəssamlar, nəqqaşlar öz əməklərini sərf edərək gənc Tutanhamon üçün yatacaq
hazırlayırdılar. Saray içində ölü və ağrılı sükut hökm sürürdü.
Budur, gənc Tutanhamon Nil çayı ilə ölülər diyarına yola salınır. Sıra ilə düzülmüş
qullar fironun tabutunu çiyinləri üzərində qayığa tərəf aparırlar. Geyiniləcək paltarları –
silahları, atı onun yanında – sərdabədə gömülməliydi.
348