Page 353 - "Yeni söz"
P. 353
Külək gəlir, külək gedir Günel Eyvazlı. Tuten xatun
Sən gəlirsən, tələsirsən.
Mən yazığam, mən nökərəm,
Sən ağasan, sevilirsən.
Mən susuram, susmalıyam.
Sən danışma, danışarlar.
Bu allahlar yenə gəlib,
Taleyimə qarışarlar.
İndi gecdir, mən ölürəm.
Salamat qal, salamat ol.
Mən bilirəm, sən sevirsən,
Ağrılara alışqan ol.
Bəlkə, geri dönən zaman
Mən həyata, mən həyata
İsidatək dönəcəyəm.
Sən belə qal, sən belə qal.
***
Hər şey belə olmuşdu... Kahin danışır
Exnatonun qarışıq röyasını yozan Haumata onu qız övladının dünyaya gələcəyindən
xəbərdar etmişdi. Exnaton övladı doğulana qədər əsəb və gərginlik içində dolaşırdı.
Həm də yuxusunun səhv yozulması ilə özünü aldadırdı. Nəhayət, doğum vaxtı yetişincə,
bu işdə yardım etmək üçün çağırılan kənizlər uşaq dünyaya gəldikdən dərhal sonra
edam edilirlər. Sirrə şahid olanlar arasında yalnız kahin sağ qalır.
Exnaton öz bacısı ilə evlənmişdi. Uzun müddətdir bir-birinə qan qohumluğu ilə
bağlanan şəcərə artıq məhv olmaq üzrə idi. Exnatonun həyat yoldaşı ard-arda iki dəfə
ana olmağa hazırlaşır və hər iki körpə doğulmadan ana bətnindəcə ölürdü. Üzgün
Exnaton arvadının üçüncü hamiləliyində onunla daha diqqətli davranmağı əmr etmişdi.
Gördüyü yuxu onu məyus etsə də, uşaq doğulmamışdan onun gələcək hayatını özü
yazmışdı. Dünyaya gələn qız övladına oğlan adı verir, doğulduğu gündən ona oğlan
libası geyindirilir.
Misir fironu Exnaton bir müddət sonra yeniyetmə olacaq qızının dikəlib göz
deşəcək yerlərini gizlətməyin yolunu fikirləşirdi. Onun sinəsinə dağ basmağı mənə
353