Page 357 - "Yeni söz"
P. 357
Tanımal Mustafa İkinci Mahmud. Tanımal Mustafa
M ustafa kişi bu səhər yuxudan yaman narahat oyanmışdı. Elə bil
yekə bir boşluq ağrı olub dolmuşdu qarnının içinə. Gecə ilə səhərin
arasında, torpaq hələ canındakı istiliyi son nəfəs kimi havaya
tapşırmamışdan bir xeyli qabaq çarpayısından diyirlənib sağ böyrü üstə döşəməyə necə
dəymişdisə, özü də mat qalmışdı bu işə. Bir xeyli eləcənə sərili qalmışdı. Handan-hana
durub taytaya-taytaya çölə çıxmış, nərdivanın başında çöməlib oturmuşdu.
Mustafa kişinin – camaatın ağzıyla desək, “Tanımal Mustafanın” hər günü, demək
olar ki, eyni qaydada başlar və elə eyni qaydadaca sona çatardı. Hər səhər hamıdan
qabaq, alaqaranlıq oyanar, sırıqlısını çiyninə keçirib elə burda, bu nərdivanın bu
pilləsindəcə domuşub oturardı. Səhərin bu sakitliyi darıxdırardı Mustafa kişini. Elə bil
dünyada hamı ölüb, bircə sən sağ qalmısan. Hara gedəsən, nə iş tutasan ki, Allaha xoş
gedə?! Tanımal Mustafa elə darıxırdı, heç olmayan kimi. Bəzən isə qəsdən ucadan
öskürürdü ki, bəlkə, kimsə səsə oyana, gəlib beləcə çöməlib otura yanında.
Öskürməkdən bir şey hasil olmayanda da sırıqlısının cibindən müştüyünü çıxarar,
əvvəlcə ağzına tutub bir-iki dəfə var gücüylə üfürərdi ki, içindəki tütün qırıntıları yerə
tökülsün. Papiros qutusundan bir papiros çıxarıb taxardı müştüyünə, ehmallıca qoyardı
damağına. Sonra da o biri cibindən kibrit qutusunu çıxarardı, yavaşcana silkələyərdi ki,
içinin boş və ya dolu olduğunu yəqin etsin. Qutudan bir kibrit dənəsi çıxarıb sürtərdi
qaloşunun böyürünə. Elə ilk cəhddəncə alışdırardı. Papirosdan bir yağlı tüstü dartıb
yerindəcə qurcuxardı. Bu nə qurcuxmaq idi, ya Rəbb! Elə qurcuxardı ki, deyərdin, kişinin
altında kələ-kötür bir şey qalıb. Sonra ağzını ac sərçə balası kimi carradan açardı, tüstü
bu səhərin sakit havasında burula-burula qalxardı yuxarı, elə bilirdin ki, bir ruhdu, çıxır
bədəndən. Tüstü qatar-qatar olub üz qoyardı eşik darvazasına tərəf.
Busəhərki həngamədən bir Allah bəndəsi xəbər tutmamışdı. Bircə evin kiçik qızı,
Tanımal Mustafanın nəvəsi Sitarədən başqa. Onda Sitarə hələ oyaq idi. Sabahkı günün
həyəcanından yuxusu ərşə çəkilmişdi bu gecə. Bax beləcə, səhərəcən yerində fır-fır
fırlanıb qalmışdı. Sevgilisi ilə telefonda danışa-danışa xumarlanmışdı. Daha doğrusu,
telefonun o başındakı adamın danışdıqlarına qulaq verə-verə yerində qıvrılmışdı ilan
balası kimi. Nə gözəl şeylər idi danışdıqları! Adam istəyirdi ki, heç dayanmasın.
Ürəyində “hə, hə, dayanma!” desə də, oğlanın üstünə çəmkirmişdi yalanmışdan:
– Ədə, mənə elə şeylər danışma!
Bax beləcənə səhərədək nə oyunlardan çıxmışdılar, bir Allah bilir. Sitarə bir xeyli
təzə söz eşitmişdi. Eşitdikcə də xoş bir sızıltı yanaqlarından başlayaraq üz qoymuşdu
ayaqlarının arasına doğru. İlişib qalmışdı oradaca. Elə bil bu qızcığazın sevgi dolu ürəyi
357