Page 361 - "Yeni söz"
P. 361
nətə? – rəisin qəbuluna. Şahsuvar müəllim də kişinin sözünü yerə salmazmış. İkinci Mahmud. Tanımal Mustafa
Beləcə Mustafa kişi tanımallığı sayəsində özünə yaxşıca hörmət qazanıbmış. Hə, hər
şey bax beləcənə olubmuş.
Mustafa kişi yatsa, yuxusuna da gəlməzdi ki, Şahsuvar müəllimlə duz-çörək kəsə
bilər. Bütün kənd bilir ki, bu tayfadan hələ fərli bir kişi çıxmayıb. Mustafa kişinin atasına
mizik Məhəmməd deyərmişlər. Nədən ki, Məhəmməd kişi mizik iyi verərmiş. Qoxusu
baş salarmış, bu qoxu canından əskik olmazmış. Elə bil bu, bir lənət imiş, giribmiş bu
atauşağının canına. Miz qoxusu 40 metrdən vururmuş adamı. Miziklilər deyərmişlər
bu tayfaya. Mustafa kişininin tanımallığı olmasaydı, bu ləqəbi ona da yapışdıracaqdılar.
Özü də necə yapışdıracaqdılar, bir Allah bilir. Lap miz iyi verməsə də, hamı mizik
Mustafa çağıracaqdı onu. Hamı da əmin olacaqdı ki, Mustafa da miz iyi verir ata-
babaları kimi. Amma bir Allah şahiddir ki, Mustafa kişidə mizik qoxusundan əsər-əlamət
yox idi. İndi bütün bunları Mustafa kişi öz beynində çək-çevir edə-edə anlayırdı ki, onun
qanına girən Şahsuvar müəllimdi. Şahsuvar müəllim bir Allah payıdır ki, çıxıb qabağına.
Ona görə də səhər-axşam dua edirdi ki, Şahsuvar müəllimin canını sağ, işini nizam
eləsin. Mustafa kişi – tanımal Mustafa şükür etməyi də unutmurdu. Oturub-durub Al-
laha şükür edirdi ki, bu istedadı ondan əsirgəməyib. Mustafa kişi yaxşi bilirdi ki, onun
bu fani dünyada tanımallığından savayı, bir özgə məziyyəti yoxdur. Dərin-dərin xəyallara
baş vuranda bircə şeylə təskinlik tapırdı. Ölümünü düşünürdü Mustafa kişi, hər
düşündükcə də, elə bil qulağına səslər gəlirdi: camaat Mustafa kişini torpağa tapşırıb
qayıdır... Şenlik kəndin qulağına çathaçatda kimsə sükütü pozur:
– Həəə! Mustafa kişi də belə getdi... Rəhmətlik yaman tanımal kişi idi. Ey gidi
dünya!
Hamı da bir nəfər kimi bunu təsdiq edir:
– Hə, yaman tanımal kişi idi rəhmətlik!
Bu sözləri eşidən kimi olurdu Mustafa kişi və həyatı boyu çəkdiyi bütün əziyyətlər
bir anın içindəcə şirin xatirəyə çevrilirdi...
...Mustafa kişi xəyallardan ayrılanda günortaya az qalırdı. Hazırlıq işlərinin çoxu
qurtarmışdı. Sitarə qırmızı donunu geyib dalkı olacaqda eləcənə oturmuşdu. Axşamkı
söhbətləri xatırladıqca məsum bir gülüş gəlib qonurdu dodaqlarına, ana qaranquş
yuvasının qırağına qonan kimi. Tut ağacının altında uzun bir masa qurulmuş, üstünə
boşqablar düzülmüş, manqaldakı kababın qoxusu həyətə yayılmışdı. Kənd uşaqları bu
qoxunu ciyərlərinə darta-darta qulaqlarını şəkləyib qonaqların gəlişini bildirən siqnal
səslərinin intizarını çəkməkdə idilər...
Mustafa kişinin tanımallığı, sözsüz ki, bu adamların ən maraqlı əyləncəsi idi. Hamı
gözləyirdi ki, indicə Mustafa kişi darvazanın qabağında dayanacaq, gələn qonaqların
361