Page 365 - "Yeni söz"
P. 365
iyirdi, əyirib çöpə dönmüşdü bu iki ildə. Nə dərdi bilinirdi, nə dərmanı. 15 yaşı vardı İkinci Mahmud. Tanımal Mustafa
Tükəzin Əvəz götürüb qaçanda. Çox oğlanların tamahı vardı Tükəzdə. Bir axşam Əvəz
qolunu burub basmışdı bu qızı maşına. Demişdi, səni özümə arvad edəcəm. Tükəz
özünü yerdən-yerə vurmuşdu, demişdi ki, get, anqır, tayını tap, yaxın qoymamışdı
Əvəzi. Sonra arvadlar yığışıb dilə tutmuşdular, demişdilər ki, a bala, daha bundan sonra
səni alan olmaz, gəl daşı tök ətəyindən. İnad eləmə! Yenə dönməmişdi Tükəz
dediyindən. Günlərlə ac saxlamışdılar qızı. Bax eləcənə kilidli qapı dalında Tükəz
günlərlə ağlayıb durmuşdu. Bir axşam baxmışdılar ki, qız sakitləşib. Birtəhər yola
gətirmişdilər Tükəzi. Əvəz həmin gecə dadına baxmışdı qızın. Elə həmin gecə də tutub
dama basmışdılar Əvəzi. Məhkəmə qurulmuşdu, 9 il iş kəsmişdilər. Tükəz sevinmişdi,
elə bilmişdi ki, ata evinə qayıdacaq. Amma atası razı olmamışdı. Bax beləcə Tükəz illərlə
Əvəzin yolunu gözləmişdi. Bir adama baxmamışdı, elə oturub-durub Əvəzi
düşünmüşdü. Sevmişdi Əvəzi yavaş-yavaş xəyallarında, özünə ər bilmişdi. Gecələr
yerinə girən kimi, Əvəzin qayıdacağı günü xəyal etmişdi. Qıvrılmışdı yerindəcə.
Mütəkkəni baldırının arasına sıxıb yatmışdı eləcənə axşamlar.

9 ilin tamamına az qalmış Əvəz qayıtmışdı qazamatdan. Əvvəlki Əvəzdən əsər-
əlamət yox idi. Yaman sınıxmışdı. Hamıdan çox Tükəz sevinmişdi bu işə. Oturub eləcənə
gecənin düşməyini gözləmişdi. Birinci gecə Əvəz gəlməmişdi yerinə.

Səhərəcən içmişdi tay-tuşlarıyla üzümlükdə. İkinci gecə də girib yerinə dalını
çevirmişdi Tükəzə, bir kəlmə nədi, kəsməmişdi. Səhərəcən Tükəzin gözünə yuxu
getməmişdi. Üçüncü gecə Tükəz yenə bəzənib-düzənib yatağına uzanmışdı, Əvəzin yo-
lunu gözləmişdi. Güllü gecə paltarında qarşılamışdı Əvəzi. İçəri girən kimi boynuna
sarılmışdı. Əvəz də qarşılıq vermişdi Tükəzə. Amma Tükəzin gözlədiyi olmamışdı,
eləcənə əlləşdirib durmuşdu. Əlləşdirdikcə də tər basmışdı Əvəzi, getdikcə əsəbiləş-
mişdi. Sonra beyninə nə yerləşmişdisə, Tükəzə bir şillə vurub çıxmışdı otaqdan. Gecənin
bir aləmi qayıtmışdı yerinə. Görmüşdü ki, Tükəz eləcənə uzanıb yerində. Ayın işığında
Tükəzin baldırları dəymişdi gözünə. Gəlib girmişdi yerinə. Tükəzi arxadan qucaqlayıb
sıxmışdı özünə, əlləşdirməyə başlamışdı sinəsini. Tükəzin huşu çıxmışdı başından.
Gözlərini yumub qıvrılmışdı yerindəcə. Sonra Əvəz birdən-birə havalanmışdı elə bil,
otaqda nə var idisə, başına endirmişdi Tükəzin. Bax beləcə iki il dözmüşdü Tükəz. Hər
gecə inilti səsləri, çığır-bağır. Hamı elə bilmişdi ki, 9 ilin heyifini çıxır Tükəzlə Əvəz. Hamı
həsəd aparmışdı bu işə. Əvəzin qardaşları da, qardaşı arvadları da. O biri gəlinlər paxıllıq
etmişdilər Tükəzə, hamısı öz ərinin qarasınca danışmışdı, demişdi ki, kül bizimkinin
başına. Bax beləcə Tükəz dərdini deməyə bir Allah bəndəsi tapmamışdı. İçi özünü
yandırmışdı, çölü özgəni. Əriyib çöpə dönmüşdü günü-gündən. Üzünə qırışlar
düşmüşdü bu cavan yaşında. Camaat sonsuzluğuna yozmuşdu Tükəzin dərdini.

365
   360   361   362   363   364   365   366   367   368   369   370