Page 366 - "Yeni söz"
P. 366
nc yazarların ədəbiyyat almanaxı

Abdulla müəllim bir dolça suyu başına çəkib təzədən kefləndi. Bayaqdan başının
üstündə eləcə heykəl kimi dinməzcə durmuş anasına baxıb dedi:

– Sənə qurban olum, ay ana!
Tükəz arvadın gözündə iki damcı yaş süzülüb yanağına axdı. Həmin o yaz axşamı
gəldi gözünün qabağına. Bir söz demədən otaqdan çıxıb yerinə getdi. Çarpayısına
uzanıb yorğanı başına çəkdi. İlıq bir şey keçdi canından. İçini titrətdi Tükəz arvadın.
Həmin gün də içi, bax beləcə titrəmişdi.
O yaz axşamı Tükəz ocağında su qızdırmış, iki vedrə su ilıqlayıb və bir dolça qatıq
suyu götürüb girmişdi tövləyə. Deyirdilər ki, qatıq suyu saçı yaman yumşaldır. Tövləyə
girib qapının dalına mıxca dirəmişdi ki, girən olmasın. Vedrələri yaxına çəkib vannaya
girmişdi Tükəz. Başına bir dolça su endirib eləcənə gözləmişdi ki, canı yumşalsın. Bir
də baxmışdı ki, bacanı tıxamaq yadından çıxıb. Ərinmişdi durmağa. Kisəni götürüb
islatmışdı suda. Sonra boynuna, sinəsinə sürtməyə başlamışdı. Sinəsinə sürtə-sürtə xoş
bir üşütmə hiss etmişdi Tükəz. Bax beləcə dayanmadan kisəni sinəsinə sürtə-sürtə
durmuşdu. Neçə vaxt beləcə durmuşdu, Allah bilir. Elə bil qopub getmişdi bu kənddən,
bu dərədən, bu dünyadan. Bir də onda ayılmışdı ki, tövlənin bacasında bir üz baxır ona
tərəf. Tanımışdı bu üzü. Doktor Bayramın üzü idi bu. Kəndin təzə həkimi Bayram.
Bakıdan göndərmişdilər Bayram doktoru. Tükəzgilə qonşu olmuşdu. Sütül bir cavan
idi. Boy-buxun da öz yerində. Eləcə donub-qalmışdı Tükəz. Handan-hana kisəni tullayıb
əlləri ilə döşlərini tutmuşdu. Bayram da ürkmüşdü elə bil. Tükəzin ağlı çıxmışdı
başından. Gecələr sinəsini sığallaya-sığallaya Bayramı düşünmüşdü. Elə bil dirilmişdi
Tükəz. Harda kirli iş vardısa, atırdı özünü ora. Bütün gün eşələnirdi həyətdə, toz-torpağa
batırdı. Axşamlar da su qızdırıb yollanırdı tövləyə. Bayram da gəlib dururdu bacanın
ağzında. Güdürdü Tükəzi. Tükəz özünü görməzliyə vururdu. Eləcənə lütlənib girirdi van-
naya. Başından bir dolça su endirib kisələyirdi özünü. Axırda da qatıq suyu ilə yuyurdu
saçlarını. Tükəzin rəngi-ruhu düzəlmişdi elə bil. Dərisinə ət dolmuşdu, gözünə işıq
gəlmişdi. Hamı da baxıb mat qalmışdı bu işə. Kəndə yayılmışdı bu xəbər. Qızlar-gəlinlər
gündə əlli kərə qatıq suyu çəkərdilər üzünə, başlarını qatıq suyu ilə yuyardılar.
Həmin gün yenə Tükəz iki vedrə su ilıqlayıb tövləyə yollanmışdı. Qapının dalına
mıxça dirəmişdi ki, girən olmasın. Vannaya girib başına bir dolça su əndərmişdi. Gözü
bacada qalmışdı Tükəzin. Bayramın yolunu gözləmişdi eləcənə. Bir xeyli keçəndən sonra
özünü yetirmişdi Bayram. Tükəz daha özünü görməzliyə vurmamışdı. Baxıb
gülümsünmüşdü Bayrama. Özünü itirmişdi Bayram. Bir xeyli eləcənə qalmışdı. Sonra
beyninə nə yerləşmişdisə, Tükəzə baxa-baxa girmişdi bacadan içəri. Titrəyə-titrəyə gəlib
dayanmışdı Tükəzin qabağında. Kisəni götürüb suda islatmışdı. Yavaşca-yavaşca
sinəsinə sürtmüşdü Tükəzin. Sonra kisəni tullamışdı bir qırağa. Sığallamağa başlamışdı

366
   361   362   363   364   365   366   367   368   369   370   371