Page 371 - "Yeni söz"
P. 371
“Çərxi-fələk”dən enəndə iki oğlan ilişəcək bizə. Bunun qədər təbii bir şey yoxdur – Jalə İsmayıl. Mənim xalam qızı
“iki qız deyə-gülə bulvarda gəzirsə, mütləq onlara ilişmək lazımdır” kimi yazılmamış bir
qanunu var bu şəhərin. Xalaqızı: “Bunları söyümmü indi?” – soruşacaq acıqlı-acıqlı,
həm də söymək həvəsilə. Mən gülümsəyəcəm, “lazım deyil”, – deyəcəm. “Oğlanları
söyməklə düzələn deyillər”, deməliyəm ona, “söyüşlə heç kim düzəlmir”, deməliyəm.
Amma mənası yoxdur. Xalaqızı bunun əksini düşünür. Mənim yolyoldaşım anasının və
xalalarının söhbətlərindən sonra qəti şəkildə əmin olub ki, oğlanlardan ancaq zərər
gələ bilər bir qıza. Mən etiraz etmək, xalalarımızın fikirlərini redaktə etmək istəyəcəm.
Demək istəyəcəm ki, heç də belə deyil, oğlanların hamısı eyni deyil, yaxşıları da var,
ölənə kimi yaxşı qalanları da, hətta aralarında sevilməli olanlar da az deyil... Oğlanlar
elə də pis məxluq deyillər, sadəcə bir az seçilirlər bizdən... seçilməlidilər də... Allah
onları belə yaradıb. Amma deməyəcəm. Ərinəcəm. Mən də başqa bir şeyə əminəm –
elə şeylər var ki, mütləq yaşamaq lazımdır, eşitməklə olmur. Təbii ki, bizdən uzaqlaşıb
özlərinə başqa həmsöhbət qızlar tapmış oğlanlar söyülmədikləri üçün qəlblərində
mənə minnətdarlıq hissi duymayacaqlar. Nəymiş ki, onlarçün qəşəng bir qızdan “eşşək”
sözü eşitmələri?
Onu gəmiyə mindirmək üçün düz dəniz vağzalına qədər piyada gedəcəyik. Yolboyu
bir neçə karuselin dadına baxacağıq mütləq. Ara-sıra künc-bucaqda gördüyü zibil
topalarına baxıb heyrətlənəcək. İlahi! Onun xəyallarındakı Bakıda zibil yoxmuş demə.
Bəlkə, elə bilirmiş, Bakıda adam yaşamır?
Limana çatıb bilet alacağıq. O qorxmadan kiçik taxta körpüdən keçib özünə yer
tutacaq gəmidə. Geniş açılmış gözlərilə hər şeyi görməyə çalışacaq. Mən də ilk dəfə
gəmiyə mindiriləndə necə xoşbəxt olduğumu xatırlayacam. O xoşbəxtliyin bu
xoşbəxtliyə çox bənzədiyinə heyrət edəcəm. Hətta dəniz də o vaxtkı dənizə oxşayacaq.
Ona Nargin adasından danışacam, teleqülləni göstərəcəm. O da məni dinləyə-
dinləyə gah göyərtənin soluna, gah sağına keçəcək. Qollarını məhəccərə, başını
qollarına söykəyib dənizə baxacaq. Dalğaların rəqsinə onun gözlərində tamaşa edəcəm.
O da vurulacaq Xəzərə.
Fotoaparat əlindən düşməyəcək. Mənim də şəkillərimi çəkəcək ki, xalasına
göstərsin: “Xalaya deyəcəm ki, çox arıqlamamısan...” Şəklimi çəkəndə arada əmr də
verəcək: “Bir gül də!” Mən də gülümsəyəcəm obyektivə. Bir anlıq dayanıb: “Sən qəribə
gülürsən e, adam başa düşmür, nə demək istəyirsən...” – deyəcək. Bu dəfə ucadan
güləcəm. Özü də bilmədən insanların gülüşlə nəsə deməyə çalışdıqlarını söyləyəcək.
Fəhmlə edəcək bunu. Onun fəhmli olmasına sevinib güləcəm əslində.
371