Page 359 - "Yeni söz"
P. 359
qıraqda, başlayardı nişan verməyə: bax o kərə qoyun filan sürünündü, bax o İkinci Mahmud. Tanımal Mustafa
alabaldır toğlu filan sürüdəki filan qoyunun nəslindəndi… Hamı da ağzını eləcənə açıb
tamaşa edərdi Mustafaya, tanımal Mustafaya.
Mustafa kişi tanımallığı sayəsində özünə yaxşıca hörmət-izzət qazanmışdı. Kənd
adamları Mustafa kişinin macəralarını nəql etməyi yaman xoşlayırdılar. Əlbəttə, bu
zaman məsələni bir az şişirdənlər də olurdu, amma bir Allah şahiddir ki, olan şeyi
danışırdılar...
Bu səhər qəribə bir nigarançılıq hakim kəsilmişdi Mustafa kişinin canına. Birdən
yadına nə düşdüsə, diksinən kimi oldu, tələsik çəliyinə dirənib ayağa qalxdı, sonra ağlına
nə yerləşdisə, eləcə qalxdığı kimi də oturdu yerinə. Bugünkü qonaqların arasında polis
şöbəsinin rəisi Şahsuvar müəllimin də olacağı gözlənilirdi. Şahsuvar müəllim bu yerlərin
ən hörmətli adamı idi. Hə, hə, heç şübhəsiz, əminliklə demək olar ki, ən hörmətli adamı
idi. Ona görə də Mustafa kişinin canına hakim kəsilən bayaqkı nigarançılıq bir az da
şiddətləndi. Həyətdə qarışqa kimi qaynaşan adamların arasından oğlu Səmədi
manşırlayıb hayladı:
– Ayə, a Səməd! A bala, yeri dayın oğraşı çağır, gəlib toğluları boğazlasın! Daha
mənim əvvəlki heyim yoxdu.
Səməd vurnuxmağında idi. Tut ağacının haçasından bir çatı sıyırıb tələsik tövləyə
girdi, bir az sonra buruntaq verdiyi buzovu sürüyə-sürüyə çölə çıxardı. Çatını buzovun
belinə atıb yenidən tövləyə girdi. Şişək bir toğlunun dal ayaqlarından yapışıb həyətə
sürütlədi. Sonra isə bayır darvazasına tərəf getdi...
Rəislə Mustafa kişinin dostluğunun 20 yaşı vardı, bəlkə də, daha çox. Daha doğrusu,
bu münasibət dostluqdan çox, ortaqlığa bənzəyirdi. O vaxt Şahsuvar müəllim milis
şöbəsində təzəcə işə başlamışdı. Əsasən əl-ayaq işləri tapşırılırdı. Açığı, bu işlərin
öhdəsindən bacarıqla gələrdi. Heç vaxt yuxarıları məyus etməzdi. Yuxarıdan gələn
qonaqları qarşılamaq, içki məclisləri düzəltmək ona tapşırılardı. Bir dəfə yenə yuxarıdan
qonaqların gəlişi gözlənilirdi. Şöbənin o zamankı rəisi Zalov – Allah ona rəhmət eləsin –
Şahsuvarı çağırıb tapşırmışdı ki, gedib yataqlardan tutarlı bir toğlu alsın. Bu qonaqlar
o biri qonaqlardan deyil. Gərək razı qalsınlar. Şahsuvar da üz qoymuşdu Çal dağlarına,
bir-bir yataqları gəzib heydən düşmüşdü. Di gəl ki, babat bir heyvan tapa bilməmişdi
ki, bilməmişdi. Bircə yataq qalırdı. Naümid gəlmişdi Mustafa kişinin çobanlıq etdiyi
yatağa. Nə olmuşdusa, onda olmuşdu. Deyirlər, Mustafa kişi Şahsuvar müəllimi görən
kimi tanımışdı. Ağına-bozuna baxmadan qayğıkeşliklə soruşmuşdu:
– A bala, sən oğru Avdırrahmanın gədəsi deyilsənmi?
Bu sözdən yaman incimişdi Şahsuvar müəllim. Amma üstünü vurmamışdı. Demişdi:
“a kişi, mənə yaxşı bir toğlu ver, qonaqlarım var, vaxtım azdı”. Bax onda Mustafa kişi
359