Page 98 - Yuri Trifonov
P. 98
i Trifonov
– Yoox, elә şey yoxdu! İncimә, lütfәn! Sәn bizә gәrәksәn,
hәr halda, ata, sәn Prixodkoyla danışmalısan...
Pavel Yevqrafoviç heç nә demәdi, sakitcә durub getdi.
Yenә Qalyanın mәktubu yadına düşdü, oxumaq istәdi. İlahi,
axı Qalyanın niyә? Qalyanın, yox, Asyanın mәktubu. Diksindi.
Qәribә bir şәkildә vә asanca çaş-baş salmışdı bunları. Xüsusilә
ona görә ki, bunlar ağlasığmaz şeylәr idi. Amma әgәr mәktub
gәlibsә... Birdәn, ürәyi ağzından çıxa-çıxa, doğrudan da, Qalyadan
mәktub aldığını gözü önünә gәtirdi. Özü dә adi, mavili-göylü,
“avia”-zәrfdә. Tәbii ki, “avia”-zәrfdә. Başqa cür ola bilәrdimi?
Qәzetlәrlә birgә poçt qutusuna qoyulmuşdu. Geri ünvanı yoxuydu.
Amma nәsә yazılmışdı. Bircә kәlmәydi: orada. Bu “orada”yla
bağlı axı heç kim, heç nә bilmir. Üstündә heç bir ünvan yoxdu,
boşluqdu, nә bir kәlmә söz, nә dә zәrf var. Zәrfsiz, adi vәrәqdi,
yuxarısından birinci cümlәsi oxunurdu: “Paşa, әzizim, özünü böş
şeylәrlә üzmә, qoy neylәyirlәrsә etsinlәr, sәn mәnim vә Polinanın
qәlbinә dәymәzsәn...”
O, taxta nәrdivanda dayandı, dәyirmi pәncәrәyә baxdı;
ağacların arxasında bürkülü qürub günәşi әriyib itmәdәydi. Fikir-
lәşdi ki, Polinaya fәrqi yoxdusa, demәli, Qalina üçün dә fәrq et-
mәz, özü üçün dә. Prixodko ilә danışmaq olar. İndi daha әhәmiyyәti
yoxdu... Pis olan odur ki, heç nә haqda fikirlәşmәk, xatırlamaq
istәmirlәr. Prixodkoyla danışmaq lazımdı. Nәsә bu iki qadını –
heç vaxt üzlәrini görmәmiş, bir-birini tanımayan Qalyayla Asyanı
birlәşdirәn tellәr var. O, Asya haqda Qalyaya danışmamışdı.
Qalya qısqanc idi. Ayrı-ayrı hüceyrәlәrdәn vә cisimlәrdәn yaran-
dıqlarına, mayaları fәrqli olduqlarına görә Qalya o qadına qıs-
qana bilmәzdi: çünki Qalya meydana gәlәndә Asya mövcud de-
yildi, sonra Qalya yoxa çıxdı vә bu zaman, sanki özgә bir dünya-
dan yenidәn Asya zühur etdi... Biri bütün cismiylә, varlığıyla
ona mәxsusuydu, o biri hava kimi әlçatmaz idi. İndi isә yerlәrini
dәyişiblәr: Qalya әlçatmazdı, Asya isә Serpuxova qәdәr getmәk
vә oradan avtobusla...
Axşam da isti sәngimәdi. İyirmi birinci ildә Salsk çöllәrindә
olduğu kimi. O zaman da sәrinlik deyil, isti gәtirәn külәk әsirdi.
Aynabәnddәn dәrman qoxusu gәlirdi. Qadınlar pişikotu cövhәri
98