Page 93 - Yuri Trifonov
P. 93
Qoca

dә, arabasını hәmişә әlindәn alar, çantasını götürәrdi. Hәkimlәrin
ona üç kilodan artıq nәsә götürmәyә icazә vermәdiklәrinә bax-
mazdı. O, heç hәkimlәri vecinә dә almırdı.

Polina aşağı tonda nәsә izah etdi, sirli, qara gözlәri girdәlәndi,
qırışlı dodaqları yana әyildi. Yazıq necә dә qocalıb! Әsl qarıdı.
Amma Qalyanın qocalıb qarımağa vaxtı çatmadı...

– Nә pıçıldayırsan? – әsәbilәşәrәk söylәdi. – Qaydasında
danış. Bilirsәn ki, mәn gizli söhbәtlәri sevmirәm...

Gizli söhbәt olduğuna görә әsәbilәşmәmişdi, eşidә bilmәdiyi
üçün özündәn çıxmışdı. Hәr dәfә xatırladırdı. Xoşagәlәn deyildi
axı. “Qocaya kömәk edin – ucadan danışın” demәk, onsuz da elә
dilәnmәk kimi bir şeydi! Polina, әlbәttә, yaxşı arvaddı, Qalyanı
qәlbdәn sevirdi, Qalya da onu çox istәyirdi, amma o qәdәr dә
yox, elә-belә dostluq olmur, amma Qalya heç kimin önündә әyil-
mәz dә deyildi, özününkülәrә qarşı isә dözümlüydü. O, rәfiqәsi-
nin uzaqgörәn olmamasını bağışlayırdı. Qalinanın ölümündәn
çox keçmәmişdi ki, Polina qәribә bir alabәzәk geyimdә, әnlik-
kirşanlı, dodaqları boyalı qonaq gәlmişdi. Nәyә ümid edirdi ki?
Bu nә şıvranmaq idi? Pavel Yevqrafoviçin hirsi başına elә vurdu
ki, dişlәrini bir-birinә sıxıb: “Yadında saxla, lütfәn, heç vaxt
dodaqlarını boyayıb mәnim yanıma gәlmә!”– dedi.

Pıçıltıyla, teatrda olduğu kimi, asta vә gәrginlik içindә danış-
maqdan ötrü dava edirdi vә gözlәri bir az da girdәlәşib bәrәlirdi:
hansısa arayış, şәhadәtnamә haqda, köçürülmә, yerlәşmә barәdә
söhbәt açırdı. Ah, yenә Aqrafeniya Lukiniçnanın hәmin evi barә-
dә danışır. Bu işlә mәşğul olmayacağını sәrt şәkildә bildirdi. Nә
o tәrәfdәn, nә dә bu tәrәfdәn çıxış etmәyәcәyini söylәdi. O, koo-
perativ payını çoxdan Ruslana bağışlayıb, yığıncaqlarda iştirak
etmir, sәs vermәk hüququ yoxdu, qoy özlәri mәşğul olsun.

– Paşa, sәndәn heç nә xahiş etmirәm, ancaq mәnә arayış ver.
– Mәn idarә deyilәm arayış verәm. Mәnim möhürüm yoxdu.
– Paşa, zarafat elәmә. Xahiş edirәm. Söhbәt mәnim... daha
dәqiq bilmәk istәyirsәnsә, – onun yumru, bir neçә yerdәn batıq
çәnәsi әsdi, yersiz gülümsәmәsiylә ağzı bir az da yana qaçdı –
bütün hәyatım haqda yox, yalnız әn son çağlarıma aid istәdiyim
arayışdan gedir. Әn son çağlarıma! – vә iki barmağıyla necә az

93
   88   89   90   91   92   93   94   95   96   97   98