Page 91 - Yuri Trifonov
P. 91
Qoca
lar. Xeyir ola? Bu, o vaxta tәsadüf edirdi ki, Denikin hücuma
keçmişdi, Miqulinsә Dona daha çox lazım idi...
Pavel Yevqrafoviç gәzmәkdәn vә bürküdәn tәngә gәldi, nahar
etmәk istәmәdi, öz otağına gәlib uzandı. Uzun müddәt elәcә
uzanıqlı qaldı. Yanına heç kim gәlmәdi. Belәcә, dörd saat keçdi.
Hәrdәn mürgülәyirdi. Mürgülü gözlәrini açanda aynabәnddәn
gәlәn sәslәr eşitdi, Qarik bu zaman pәncәrәnin altında laxlayıb-
xırçıldayan kәrpiclәrin üstüylә qaçaraqda yanındakı kimәsә
qaranәfәs bu qәribә sözlәri dedi: “Sәn ona bәdәlini artıqlamasıyla
ödәmişdin?” Eşitdiyi kәlmәlәr nәdәnsә Pavel Yevqrafoviçә
toxundu, sonra hәyәcanla düşünmәyә başladı, hәmin sözlәrin
mәğzinә varmaq istәdi, tәsadüfәn pәncәrәnin altında nәvәsinin
qәlbindәn qopan, kәpәnәk kimi titrәyib-uçan vә öz tәbii açıq-
saçıqlığında nәsә önәmli, mahiyyәtcә gizlin bir şey daşıyan bu
kiçik qığılcım qızmar günün sakitliyindә itib-batdı: fikirlәşmәyә
başladı ki, nәsillәr necә dә dәyişir, qadın, qisas, minnәtdarlıq
barәdә, sevginin anlayışla heç bir әlaqәsinin olmaması haqda
başqa cür düşünürlәr.
Qalya olsaydı, indi on dәfә içәri girib soruşardı: “Necәsәn?
Neylәyirsәn? Nahar elәmәk istәmirsәn? Dәrman verimmi sәnә?”
Qarik, görünür, Polinanın nәvәsi Alyonka haqda deyirdi o sözlәri.
Orada nәsә baş verirdi. Nәsә iztirab içindәydilәr. İlahi, burada
tәәccüblü nә ola bilәr axı? Altmış il әvvәl mәktәbli ikәn Piterdә
Asyadan ötrü iztirablar keçirәndә Pavel Yevqrafoviçin dә yaşının
bu dönәmlәriydi. Zülm edәn bәdәlini yüzqat ödәmәliydi. Müәmma
isә belәdi: bu bәdәl qisaslamı ödәnilmişdi, yoxsa minnәtdarlıqlamı?
Bu üzdәn Pavel Yevqrafoviç hәyәcan keçirir, nәdәnsә ona elә
gәlirdi ki, qaranәfәs deyilmiş o ifadәnin sirrini çözmәk lazımdı,
çünki hәmin sözlәrin onun sona çatmaqda olan şәxsi hәyatına
aidiyyәti vardı. Әgәr sözün hәqiqi mәnasında, bu, qisas idisә –
ayrı mәsәlә, yox, minnәtdarlıq idisә – tamam başqa mәsәlәydi.
Tәәssüf edә-edә o, daha çox bunun qisas olduğu qәnaәtindәydi,
uşaqcasına, mәnasız olsa da, hәr halda, qisas idi, indi dәb belәdi:
sәn mәni – mәn sәni, sәn mәni – mәn sәni... Hәr sahәdә.
Qәfil Ust-Kamendә bir çalsaqqal qoca Pavel Yevqrafoviçin
soyadının düz olub-olmamasını pıçıltıyla soruşdu. Tәsdiq cavabı
91