Page 87 - Yuri Trifonov
P. 87
Qoca
dünya dağılacaq. Bütün inqilabçılar, yer kürәsinin bütün fәhlәlәri
bir nәfәr kimi ayağa qalxacaq. Başqa cür necә olmalıdır ki?
Gözümüzü başqa nә pәrdәlәyә bilәr axı? Bu, bizim ağrımız,
bizim bәraәtimiz idi. On sәkkiz yaşındayam, yüzlәrlә qorxduğum
kişinin, tanımadığım qadının, anlamadığım qocanın hәyatı әlimdәdi.
Şura MK-ya qәzәb dolu mәktubunu göndәrmәyә macal tapmadı,
bir xeyli gec – yatalağın әlindәn birtәhәr qurtulandan, alәm
qarışıb, od-alov şimalı bürüyәndәn sonra göndәrdi. Artıq gec idi.
Ya Rәbb, niyә axı gec olmalıydı? Axı hәlә vur-tut on doqquzuncu
ilin әvvәliydi! Amma yenә gec idi, stanitsalar ayağa qalxmışdı,
arxa cәbhә od tutub yanırdı, ön cәbhәdәn hәrbi hissәlәri çıxarmaq
lazım gәlmişdi. Braslavski әmr verdi: “Girovların kütlәvi basdı-
rılması üçün qәbir qazılsın!” Kazaklar elә hәmin gecә qaçıb da-
ğılışdılar. Qazmağa adam qalmadı. Qocalar, qadınlar qazmayacaqdı
ki? Boynuma alıram, düşündüm ki, görәsәn, bunun ağlı başında-
dımı? Yoxsa mәn dәli olmuşam? Axı gündәlik bu cür işdәn
adamın başına tezliklә hava gәlә bilәr. Yox, iş heç onda da deyil
ki, başına hava gәlә bilәr, iş ondadı ki, elә bil ölgünlәşirsәn.
Hissiyyatsız olursan – bir torba qum kimi. Sәni iynәlәyirlәr – heç
nә hiss elәmirsәn, iynә quma sancılır çünki. Sıfır emosiya – bu
elә Şiqontsevin arzuladığı haldı. Nail olunası ali durumdu. On
doqquzun fevralı. Martın әvvәli. Ala-nәm bahar külәyi hәr yana
çığırtı, qoxu, tüstü, atışma, hay-küy yayır. Әlimdә bir siyahı var:
biri – krasnovçulara qoşulduğuna görә, o biri – bacanağı o
dәstәdәdi deyә, üçüncüsü – atını vermәdiyi üçün, dördüncüdә
tüfәng aşkarlanıb, beşinci alver edirmiş, altıncı hakimiyyәti
söyürmüş, yeddinci keçmiş yunkermiş, sәkkizinci keşişin qohumu
olduğu üçün bu siyahıya düşüb... Şiqontsevin daim dediyi bunlardı:
“Vandeya! Vandeya!1 Bu respublika ona görә qalib gәlib ki,
rәhm deyilәn şeyin nә olduğunu bilmirmiş” Mәn bütün bunları
gözümü yumub imzalamalıyam. Nә fәrqi var, ya Bıçinin on
1Vandeya – XVIII əsrdə Fransa burjua inqilabı zamanı ruhanilərin və zadəganların
rəhbərliyi altında kəndlilərin əksinqilabi çıxışları olmuş vilayətin adı;
Rusiyada vətəndaş müharibəsi zamanı əksinqilabi üsyanlar baş
vermiş vilayətlərə məcazi mənada verilən ad
87