Page 92 - Yuri Trifonov
P. 92
i Trifonov

alınca acizanә gülümsündü, yerәcәn әyildi vә cibindәn әsgiyә
bükülmüş bir parça saralmış kәllә qәnd çıxardı: “İyirmi ildәn
sonra minnәtdarlığımı qәbul edin! Edamdan qurtardığınız, rütbәsi
әlindәn alınmış bir keşiş tәrәfindәndi bu minnәtdarlıq. Mixaylinski
stanitsasını xatırlayırsızmı? On doqquzuncu ili deyirәm...” Vә
maraqlı şeylәr danışdı. Kilsәnin baş ruhanilәrindәn kimsә yazıb
ki, minnәtdarlıq hissi, elә ilahinin zühuru demәkdi. Ona görә dә
nadir hallarda olur. Naşükürlüyә isә daha çox rast gәlinir. Sizә
bir nemәt bağışlaya bildiyim üçün sevinmirәm, ona sevinirәm ki,
bu an Rәbbimlә danışıram vә xoşbәxtәm”.

Nәvәnin qaçaraq ötmәsindәn, tәsadüfi qışqırıb işlәtdiyi
ifadәdәn gör nәlәr keçdi yaddaşdan vә bu zaman qapı döyüldü,
Vera daxil oldu.

– Ata, acmamısan bәs? Sәnin yanına Polina xala gәlib...
Polinayla mәsәlә belәydi ki, Qalina ölәndәn sonra ilk iki ildә
onu görmәk istәmirdi, söhbәt etmәk dözülmәz idi, çox şeyi
xatırladırdı, yarasının közünü qoparırdı. Çox şeyi, çox şeyi: bur-
nunun uzunluğu, üzünün qırışları, gözlәrinin qaralığı, Qalyanın
danışığına oxşar cәnubluya xas xırıltılı danışığı, “r” vә “l”
sәslәrini düzgün ifadә etmәmәsi, zarafat tәrzi onu xatırladırdı:
yerliydilәr, çünki Yelizavetqraddan idilәr. Әslindә, әlbәttә, Qalya
daha incә, daha mәzәli zarafat edәrdi. Gözәl yumoru vardı.
Ümumiyyәtlә, niyә tutuşdurmalıydı axı? Qalya ağıllı, dәrrakәli
qadındı, Polina isә elә dә yox. Qalya hәyatda olmadığı üçün
onun әlamәtlәrini yaşatdığına görә sonralar Polinayla barışmışdı.
Bir müddәt ötәndәn sonra yenidәn onu sevdi, bu qadının әzm-
karlığına heyran kәsilmişdi, onun şosedә tәkәrlәri laxlayan, mәi-
şәt әşyalarıyla yüklәnmiş arabayla әllәşәn xәstә vә astabasar
böcәklәr kimi әsir-yesir halını görәndә yazığı gәlirdi vә kömәk
etmәyә çalışırdı, qızına, kürәkәninә, nәvәsinә nifrәt edirdi, belә
bir biabırçılığa yol verdiklәri üçün onlara niyә dә nifrәt etmәyәydi.
Kürәkәniylә kәskin ağızlaşmaları olmuşdu. İki dәfә haqlı iradlarını
bildirmişdi: әziz dostlar, necә olur axı sizin avtomobiliniz var,
amma qarı dairәdәn gәlәndә hәr şeyi özü daşıyır? Bu iradın ar-
dınca kobudluqlar baş alıb getmişdi. Pavel Yevqrafoviç bu ailәdә
bәzi şeylәri yoluna qoymağa and içmişdi, Polinanı yüklә görәn-

92
   87   88   89   90   91   92   93   94   95   96   97