Page 88 - Yuri Trifonov
P. 88
i Trifonov

sәkkiz, ya da Braslavskinin yüz әlli adamı olsun? İnsanlar
rәqәmlәrdәn dәhşәtә gәlirlәr. Sanki hesabın әhәmiyyәti var.
Şiqontsev belә tәlqin edir. “İnsan prinsipcә qәrara almalıdı: o,
böyük nәticәyә özünü bütünlüklә – bütün varlığıyla qurban
vermәyi bacarıram?” Amma mәn belә deyәrdim: özünü hissiz
olmağa düçar edә bilәrmi? Yәni nәyinsә naminә özünü öldürә
bilәrmi? Amma sonra mәlum olur ki, bu, doğru deyil. Hesabın
әhәmiyyәti var. Bütün oxuduqlarım, eşitdiklәrim, gözümün önünә
gәlәnlәr vә qırıq-qırıq yaddaşımda qalanlar, sözün hәqiqi mәnasında
baş verәnlәr düzәlmәsi mümkünsüz bir şәkildә bir-birinә dolaşıb,
qaynayıb-qarışıb, hörmәlәnib. Sözün hәqiqi mәnasında, bu nә
idi axı? Volodya vә Asya qonşu xutordadı, orada ehtiyat alay for-
malaşır. Miqulin qәzәb dolu teleqramlar göndәrir, inqilab komi-
tәsindәkilәrin işdәn kәnarlaşdırılmasını, başqa bir dairә komis-
sarının tәyin olunmasını tәlәb edir. Özünün gәlmәsiylә, İnqilab
Komitәsindәkilәri pulemyotla qovub-dağıdacağıyla, hamını müha-
kimә edib güllәlәyәcәyiylә tәhdid edir. Braslavskini, Şiqontsevi
vә İnqilab Komitәsinin yeni komissarını saxta kommunistlәr
adlandırır. O, necә gәlә bilәr axı? Teleqram savaşı gedir. Braslavski
kobud cavab verir. “O, mәni tәyin etmәyib! Mәn ona tabe
olmuram!” Miqulindәn qorxub-çәkinmirlәr, çünki onun etibardan
düşdüyünü hiss edirlәr. Volodyanın Braslavskini görmәyә gözü
yoxdu. Elә mәnimlә dә düşmәnçilik edir. “Sәnin yerinә olsaydım,
alnıma bir güllә sıxardım”. Bunları o, mәnә Asyanın yanında, öz
evimdә deyir. Mәn sadәcә, neylәyәcәyim barәdә onunla bir dost
kimi mәslәhәtlәşirәm. Güvәndiyim üçün mәslәhәt almaq istәyirәm,
o isә kinli cavab verir. Onda hәmişә bir oyunbazlıq, saxta bir Şil-
lerlik vardı. Ancaq Asya qat-qat ağıllıydı. O, mәnә kәdәrlә, rәğ-
bәtlә baxır, höcәt elәmәyә girişmir vә xatırlayıram ki, qulağıma
sakitcә pıçıldayır: “Sәn batdın...” Amma mәn mәhv olmaq istә-
mirәm. Mәn ölü, dәlik-deşik edilmiş vә hәm dә... diri Orliki gö-
rürәm. Kazakların qәddarlaşdığını, onların güzәştә getmәyәcәk-
lәrini, pis rәftarlarını, ümidsizliklәrini hiss edirәm. İndi getdikcә
aydın olur ki, inqilabın düşmәnlәri sәhvlәrimizdәn iblisanә bir
enerji vә qüvvәylә istifadә edirdilәr. Amma sonra – martın
әvvәlindә, taleyüklü günün birindә bir hiss mәni çulğadı. Mәnim

88
   83   84   85   86   87   88   89   90   91   92   93