Page 86 - Yuri Trifonov
P. 86
i Trifonov
“Yox – deyir Şura, – sayıqlayan sizsiz. Mәn hәr şeyi yaxşı
başa düşürәm”. Hәqiqәtәn, onun sәsi aydın idi. Bәs onda sayıqlama
nәyә deyilir? Sayıqlama – anlaşılmaz deyimlәr, qaranlıq dәrinliklәrin
dibindәn qaynayıb gәlәnlәrdi, şüuru bulandıran alaqaranlıq
dumanıdı. “Sayıqlayan mәn yox, sizsiz” – deyir Şura. Gözlüyünün
altından yanaqlarına göz yaşları süzülür. Mәn heç vaxt onu
gözüyaşlı görmәmişdim. Heç vaxt belә şey olmamışdı. Şura
pıçıldayır: “Zavallı bәdbәxtlәr, sabah baş verә bilәcәklәri niyә
görә bilmirsiz? Başınızı ancaq bugünün işlәrinә soxmusuz. Bizim
bütün sәylәrimiz isә başqa şey xatirinәdi – sabah olacaqlar
naminә... Ah, zavallılar, zavallılar...” Biz sevinirik: şükür Tanrıya,
böhran ötüşdü! Şura sağalır. O, sayıqlamır, indi hәr şeyi yaxşı
başa düşür.
Şuranın xәstәliyinin kәskin vaxtına tәsadüf etmiş hәmin
uğursuz martda, onun sayıqlamaları, başqa güclü sәrsәmlәmәlәr –
Slaboserdovdan ötrü mәn dә әzab çәkirdim – qaynayıb qarışmış,
qanlı bir yaranın köhnә sarğısı kimi bir-birinә yapışmışdı. Mәnim-
sә, onları bir-birindәn ayırmağa gücüm yoxuydu. Köhnә yaralara
toxunmaq olmaz. Miqulin nә vaxt peyda olmuşdu? Volodya vә
Asya orada neylәyirdilәr? Braslavski nә vaxt güllәlәnmişdi? Bәs
Leonti niyә sağ qalmışdı? Dәymәk, toxunmaq olmaz. Bu yaranın
sarğısnı dәyişmәk mümkünsüzdür. Heç nә alınmaz. Gәrәk deyil.
Unudulub. Qanlı sarğı qupquru quruyub, daşlaşıb, daş kömürә
dönüb, süxurlaşıb. Parçalanması kömürsındıran çәkiclә mümkün
olan bu süxurlar başdan-başa zülmәt qaranlıqdadı vә içinin hara-
sındasa Asya var. O, sağdır! Bütün bunlar martda, havalar müla-
yimlәşәndә baş verir, Şimali Donda buz axını başlayır, geri çәki-
lәndә ağlar körpünü partladır, Miqulinin briqadası isә sağ sahildә
ayaq döyür. Hücum baş tutmadı. Tәkcә havanın mülayimlәşdiyinә
görә deyil, yox, yox! Sәbәbi havanın isinmәsindә axtarmaq düz
olmaz. Hәr şey on birindәn on ikisinә keçәn gecә stanitsaların
birindә başlandı vә yanğın kimi yayıldı... Bu barәdә Şura xәbәr-
darlıq etmişdi, Şuradan qabaqsa – müәllim Slaboserdov. Elә
bizim dә hamımızın ürәyinә dammışdı, günbәgün gözlәyirdik,
әzab çәkib titrәyirdik. Nәsә bir susqunluq vardı. Gözlәyirdik ki,
buradakından, bu xırda rayon xoşagәlmәzliyindәn xeyli qabaq
86