Page 81 - Yuri Trifonov
P. 81
Qoca

Şura xәstәlәnmәsәydi, o axşam huşunu itirib yıxılmasaydı,
özümüzünkülәr arasında, bәlkә dә, qırğın düşә bilәrdi... Axı
Çevqunu çağırıb, tribunal hәrbi dәstәsinin hәbsxananı mühafizә
etmәsini, girovları qaytarmamağı o, әmr etmişdi. Çevqunun
qayıtdığı Staroselskidә güllәlәnmәlәr – әks-inqilabçıların edamı
başlayır. Kommunistlәrin qәtlinә görә intiqam alınır... Frans yol-
daşa görә... Bizim Mixaylinskidә, hәlә ki, sakitlikdi, girovlara
toxunmurlar, Çevqunun qarovulçuları hәbsxananın artırmasında
oturub soyuqqanlıqla günәbaxan tumu çırtlayırlar, bunu yalnız
ondan ötrü edirlәr ki, hәrbçilәrin sarsılmaz, polad dәstәsi
Staroselskidәn Karfagen kimi keçir. Mәncә, Bıçin dә belә bir
qәddar cәhddәn karıxıb. Ya Rәbbim, mәgәr yuxulu görünәn o
dabbaq qәddar idi? Mәgәr Naum Orlikin qәtlindә şübhәli bildiyimiz
üçün qamışlıqla әhatә olunmuş çimmәk yerindә tutub, elә oradaca
güllәlәdiyimiz kazak qәddar idi? Naumu qonşu xutorda –
Solyonoda әl-qolu bağlı, süngüylә deşik-deşik olmuş, gözü
çıxarılmış halda, dәhşәtlisi dә odur ki, hәlә sağkәn tapmışdılar...
Mәgәr Boquçarı tutan kazaklar vә orada on nәfәr qızıl ordu
әsgәrini torpağa basdırıb: “alın, bu da sizә istәdiyiniz torpaq vә
azadlıq” deyәnlәr qәddar idilәr? Mәgәr on sәkkizin baharında
Ukraynadan geri çәkilәn, ölümcül yorğun olan, heç bir pisliyә
şübhә etmәdәn kazak daxmalarında yerlәşib gecәlәyәn Amur-
Tiraspol hәrbi dәstәsini aldadaraq tәlәyә salan Kazan vә
Meşkovskinin kazak kәndlilәri qәddar idilәr? Hәrbi dәstәnin
çinlilәrdәn ibarәt hissәsini yuxudaykәn güllәlәmişdilәr, qalanını
lüt-üryan soyundurub anbarlara salıb ağızlarını bağlamışdılar.
Meşkovskidәki stanitsa keşişi bu münasibәtlә şükran duası
oxumuşdu vә hamıdan anbarlara salınmış mürtәdlәri diri-diri
yandırmağı tәlәb etmişdi. Bәs belә isә, yәni elә hәmin baharda
inqilabın başlanğıcında zirәk tәrpәnib, bir hәmlә ilә bütün öz
zabitlәrini qırıb-çatan vә özlәrini yeni hökumәtin tәrәfdarları
elan edәn Veşenski kazakları mәgәr qәddar idilәr? Mәgәr Piterin
işgәncә verilmiş dörd zavod fәhlәsi dә qәddar idi? – Onlardan
biri rusca güc-bәla anlayan macar, üçü isә, az qala hansı ildә
әvvәl almanları, sonra qaydamakları, sonrasa böyük ideyalar
naminә inqilabın düşmәnlәrini qırmış vә öz doğma vәtәnlәrini

81
   76   77   78   79   80   81   82   83   84   85   86