Page 78 - Yuri Trifonov
P. 78
i Trifonov
bir il gecikiblәr, Eysnerin öldürülmәsinә baxmayaraq, indi dә
Bavariyada yubanırlar, istifadә etmәk lazımdı...
“Mahiyyәtcә söhbәt nail olduqlarımızı necә saxlamaqdan
gedir, – deyә o, barmağını Şuraya tuşlayır – Doğrudanmı tarix
dәrs vermir?” – O, hәmişә olduğu kimi, fransız inqilabından
sitatlar vә örnәklәrlә dolu ifadәlәr işlәdir – Konventin1 qәrarında
deyilir ki, Lionun xarabalıqlarında üstündә “Lion azadlığın әley-
hinә etiraz edib, Lion daha mövcud deyil” yazılmış bir sütun
ucaldılıb”. Әgәr kazaklar düşmәn olaraq önә çıxırsa, o, Lion
kimi mәhv edilәcәk vә Don vilayәtinin xarabalıqlarında biz:
“Kazak icması inqilabın әleyhinә gedib etiraz etdi, kazak
dediklәrimiz artıq mövcud deyil!” yazarıq. Yeri gәlmişkәn, Don
vilayәtini Voronej, Tula vә başqa quberniyaların kәndlilәriylә
mәskunlaşdırmaq gözәl fikirdi...”
Braslavski Şuradan soruşur: “Bәs siz güllәdәn niyә belә
qorxursuz?” Şura heç nәdәn qorxmur. Katorqa görüb çünki. Heç
kimdәn çәkinәcәyi dә yoxdu. O, xәstәdi. Ağır mәrәzә düçardı,
heç kim dә dәrdindәn baş açmır, axşama yaxın leş kimi olur, indi
qızdırma içindәdi, üzü yanır. Braslavski soruşur: “Üç hәftә
әrzindә tribunal tәrәfindәn neçә nәfәr güllәlәnib?” Braslavskinin
kiçik, alyanaqlı, küsmüş oğlan uşağı kimi ovurdları şişkindi,
yaşını ayırd elәmәk olmur, ya mәnim yaşıdımdı, ya da qırx yaşı
olar. Әynindә gen, yöndәmsiz, uzun, boyuna düz gәlmәyәn dәri
iş paltarı vә avtomobildә geymәk üçün dәri şalvar var. Baxışları
qәribәdi: elә bilirsәn yuxuludu, süstdü. Qalın, sallanan qaşları
altından, görәsәn, o nә görür? Nә haqda fikirlәşir? Eyni zamanda
bu baxışlar inadcıl, tutduğunu buraxmayan, israrla hәr şeyi görә
bilәn bir insanın baxışlarıdı. Şura cavab verir: “On bir nәfәr”.
Braslavskinin qızarıb şişmiş göz qapaqlarının arasında ala-
calanan gözlәri bir cüt çanaqlı ilbiz kimidi. Elә bil bu çanaqlar
qıyılır vә ilbizlәr içәri, dәrinә çәkilir. “Siz direktivlә tanışsız?”
Şura: “Tanışam” – deyir. Direktivin mәğzi: “kazaklığın lәğvi”,
sovet hakimiyyәtinә qarşı mübarizәyә aidiyyәti olanların hamısını
tәqib etmәk, kimdә silah aşkarlansa – güllәlәmәkdi. Şura oxu-
1konvent – bəzi ölkələrdə qanunçuluq səlahiyyəti olan seçkili orqanların adı
78